Maduro edam edilə bilər: Venesuela prezidentinə qarşı işin TƏFƏRRÜATLARI
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Venesuela prezidenti Nikolas Maduro ilk dinləməsi üçün Nyu-York məhkəməsinə gətirilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ federal ittihamlarla günahkar bilinərsə, Nikolas Maduro üçün edam cəzası tətbiq etməyi düşünür.
Venesuela prezidenti ABŞ əməliyyatı zamanı Karakasda saxlanılıb və Nyu-Yorka gətirilib. Hazırda o, Bruklin həbsxanasında saxlanılır və dörd maddə üzrə rəsmi məhkəmə prosesini gözləyir.
Maduro narkotik qaçaqmalçılığı və digər cinayətlərdə ittiham olunur. İttihamlar təsdiqlənərsə, keçmiş Venesuela lideri ömrünün qalan hissəsini həbsxanada keçirə və ya daha sərt cəza ilə üzləşə bilər.
ABŞ federal qanunları, davamlı cinayət fəaliyyəti çərçivəsində törədildiyi təqdirdə, nəzarət olunan maddələrlə əlaqəli cinayətlərə görə ölüm cəzasının tətbiq edilməsinə icazə verir. Bu barədə Konqres Kitabxanası məlumat verib.
ABŞ-da ölüm cəzasının təyin edildiyi cinayətlərə qətl, xəyanət, casusluq və ölümlə nəticələnməsə belə, müəyyən narkotik cinayətləri daxildir. Lakin narkotik cinayətlərinə görə ölüm hökmləri olduqca nadirdir. Rəsmi məlumatlara görə, bu cür hökmlərin əksəriyyəti qətllə bağlıdır.
ABŞ-ın baş prokuroru Pem Bondi bildirib ki, Maduro və həyat yoldaşı Siliya Flores tezliklə Amerika ədaləti qarşısında cavab verəcəklər. Lakin o, Ədliyyə Nazirliyinin ölüm hökmü istəyib-istəməyəcəyini dəqiqləşdirməyib.
Əməliyyat 1989-cu ildə Panama lideri Manuel Noreqanın tutulması ilə müqayisə edilib. O vaxt ABŞ onu həbsxanaya salmışdı.
Maduronun adı artıq 2020-ci ildə narkotik qaçaqmalçılığı ittihamnaməsində yer alıb. Bu il federal böyük münsiflər heyəti ittihamları genişləndirib. Yeni sənəddə onu və bir neçə nəfəri narkoterrorizm törətmək üçün sui-qəsddə, qanunsuz olaraq kokain idxalında və pulemyot saxlamaqda ittiham edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 05 Yanvar 2026 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















