Maduro hərbi gəmiləri dənizə çıxardı ABŞ Venesuela müharibənin bir addımlığında
Icma.az bildirir, Bakupost portalına istinadən.
Venesuela hökuməti ABŞ-ın neft tankerlərinə qarşı siyasətinə cavab olaraq ölkənin hərbi dəniz qüvvələrini neft daşıyan gəmiləri müşayiət etmək üçün dənizə çıxarıb.
Bakupost.az “The New York Times”a istinadən xəbər verir ki, bu addım dekabrın 18-i gecəsi baş verib. Tankerlər hərbi gəmilərin qoruması altında ölkənin şərq sahillərindən çıxaraq əsasən Asiya bazarlarına üz tutub.
Bu, ABŞ Prezidenti Donald Trampın dünən Venesuelanın “tam blokada” qərarından sonra baş verir. Tramp sosial mediada paylaşdığı bəyanatda Venesuelaya daxil olan və çıxan bütün neft tankerlərinə blokada tətbiq etdiyini bildirib və yaratdığı gərginliyi əsaslandırmaq üçün Venesuelanın ABŞ-a məxsus aktivləri “ələ keçirdiyini” iddia etmişdi.
Venesuela hökuməti Trampın qərarını beynəlxalq hüququn pozulması və imperialist niyyət kimi qəti şəkildə pisləyib. Karakas bu addımı sərt qınayaraq blokadanı qeyri-qanuni və sərbəst ticarət prinsiplərinə zidd hesab edir.
Bundan əvvəl ABŞ hərbi və hüquq orqanları Venesuela sahillərində “Skipper” adlı böyük tankerini ələ keçirmişdi. Bu addım da Vaşinqton tərəfindən sanksiyaları pozduğu iddiası ilə izah olunub və bu gərginliyi daha da artırıb.
Hazırda tərəflər arasında diplomatik gərginlik yüksək səviyyədə qalır və məsələnin Birləşmiş Millətlər Təşkilatı çərçivəsində müzakirə olunması üçün addımlar atıldığı bildirilir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Maduro: “Venesuela keçilməzdir”
23 Oktyabr 2025 12:02
Trampın hədələri fonunda Venesuela hərbi gəmiləri dənizə çıxarıb
18 Dekabr 2025 04:54
Venesuela Krizi Dərinləşir: “Maduro getməlidir”
02 Dekabr 2025 22:21
Maduro: Venesuela müdafiə sistemini təkmilləşdirib
15 Dekabr 2025 04:40
Maduro: Venesuela xalqı ABŞ ın təhdidləri qarşısında birləşib
21 Sentyabr 2025 07:38
Baxış sayı:71
Bu xəbər 18 Dekabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















