Maduro həyat yoldaşı ilə birgə hakim qarşısına çıxarılır Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresin olduğu zirehli avtomobil Nyu-York məhkəməsinə çatıb.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, onlar narkotik maddə və silah qaçaqmalçılığı ittihamları ilə hakim qarşısına çıxarılacaq.
Məlumata görə, onların olduğu nəqliyyat vasitəsinin DEA (Narkotiklərlə Mübarizə İdarəsi) agentlərinin müşayiəti ilə məhkəmə ərazisinə daxil olması görüntülənib.
Bununla yanaşı, onların təcridxanadan çıxarılaraq helikopterlə Nyu-Yorka aparılmasının görüntüləri yayılıb.
Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat zamanı ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb.
Baxış sayı:87
Bu xəbər 05 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















