Maduro məhkəmədə bu sözləri dedi FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
ABŞ-nin hərbi əməliyyatı nəticəsində həbs edilərək ABŞ-yə gətirilən Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorkda məhkəmə qarşısına çıxıb. Maduro məhkəmədə özünü müdafiə edərək: "Mən günahsızam, ölkəmin prezidentiyəm. Dürüst adamam" deyib.
Milli.Az xəbər verir ki, Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı ağır ittihamlar irəli sürülüb. Maduro bu ittihamların heç birini qəbul etməyib. O, aşağıdakı cinayətlərdə ittiham olunur:
Narko-terrorizm planlaşdırmaq; Kokain idxalı sui-qəsdi; Pulemyot və dağıdıcı cihazlar (partlayıcılar) saxlamaq.Məhkəmə zalında gərgin anlar yaşanıb. Federal hakim Alvin Hellersteinin rəhbərliyi ilə keçən iclasda Maduro Karakasdakı evindən ABŞ-yə "qaçırıldığını" bildirib. Məhkəmə zalından çıxarılarkən o: "Mən hərbi əsirəm!" deyə qışqırıb.
Maduronun həyat yoldaşı Siliya Flores də özünü "Venesuela Respublikasının birinci xanımı" kimi təqdim edərək, tamamilə masum olduğunu iddia edib.
ABŞ-nin Ədliyyə naziri Pamela Bondi bildirib ki, Maduro və həyat yoldaşı Amerika məhkəmələrində "Amerika ədalətinin bütün gücü ilə" mühakimə olunacaqlar. Hakim Hellerstein isə bu prosesin "ədalətli mühakimə" olacağını vəd edib.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 05 Yanvar 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















