Maduro məhkəmədə işgəncə ittihamlarına CAVAB VERİB
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Venesuelanın keçmiş prezidenti Nikolas Maduro Nyu-York məhkəməsində çıxış edərək, özünə və həyat yoldaşı Silya Floresə qarşı irəli sürülmüş narkotik alveri və dövlət səviyyəsində işgəncə ittihamlarını rədd edib, onları «yalan iddialar» adlandırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, 15 Oktyabr cümə axşamı günü məhkəmə zalına ayaqları qandallı gətirilən 63 yaşlı Maduro və onun 70 yaşlı həyat yoldaşı Silya Flores rejim tərəfindən həyata keçirildiyi iddia olunan repressiya və işgəncə kampaniyası üzrə yenilənmiş ittihamnamə ilə üz-üzə qalıblar. Nyu-York Federal Məhkəməsinin hakimi Alvin Hellerşteyn hər iki təqsirləndirilən şəxs adına təqsirsizlik qərarını protokollaşdırıb.
İspan dilindən tərcüməçi vasitəsilə çıxış edən Maduro yeni ittihamnamə haqqında: "Mən baxıb gördüm ki, bu, əvvəllər deyilənlərin toplusudur. Mənə qarşı irəli sürülmüş yalan ittihamlar və yalan şahiddir", - deyib.
Keçmiş birinci xanım Silya Flores də ittihamları rədd edərək məhkəməyə bildirib: "Mən artıq bunu oxumuşam, yeni bir şey yoxdur. Mən tamamilə günahsızam. Təqsirli deyiləm".
Xatırladaq ki, ABŞ Prokurorluğu tərəfindən təqdim edilən yenilənmiş ittihamnamədə cütlük Venesuelada hakimiyyəti qoruyub saxlamaq məqsədilə sistemli işgəncə, qanunsuz həbs və zorakılıq aparatına rəhbərlik etməkdə təqsirləndirilir.
Qeyd edək ki, Məhkəmə baxışının başlanması 2027-ci ilin iyun ayına təyin edilib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Oktyabr 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















