Maduro Nyu Yorka aparılır
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
ABŞ tərəfindən xüsusi əməliyyat zamanı saxlanıldığı bildirilən Venesuela prezidenti Nikolas Maduro ittihamların irəli sürüldüyü Nyu-Yorka aparılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ABC News" telekanalının jurnalisti Selina Uonq "X" sosial şəbəkəsində mənbələrə istinadən paylaşım edib.
Məlumata görə, Maduro 2020-ci ildən Nyu-Yorkda narkoterrorizm ittihamı ilə üzləşir və hazırda həmin şəhərə aparılır. Qeyd olunur ki, bundan əvvəl ABŞ-nin ədliyyə naziri və baş prokuroru Pem Bondi Venesuela prezidentinə və onun həyat yoldaşı Siliya Floresə qarşı Nyu-York ştatının Cənub dairə məhkəməsində bir sıra ittihamların irəli sürüldüyünü açıqlamışdı.
İttihamlar narkoterrorizm məqsədilə əlbir olmaq, kokainin ABŞ ərazisinə qanunsuz idxalı üçün sövdələşmə, odlu silah və dağıdıcı qurğulara sahiblik, eləcə də bu silah və qurğuların ABŞ-yə qarşı istifadəsi məqsədilə əlbir olma maddələrini əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 03 Yanvar 2026 21:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















