Maduro: Venesuela ABŞ ın elan etdiyi qlobal ticarət müharibəsinin çətinliklərini dəf edəcək
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, bunu Bolivar Respublikasının prezidenti Nikolas Maduro deyib.
"Biz ABŞ prezidentinin dünyaya və Venesuelaya elan etdiyi iqtisadi müharibənin istənilən çətinliyini dəf etməyə hazırıq", - deyə Maduro "Venezolana de Televisión" telekanalında deyib. O hesab edir ki, Tramp “bəşəriyyəti və Venesuelanı gələcək hüququndan məhrum edə biləcək” ölkələrə qarşı tarif və vergi tədbirləri görüb.
Maduro Venesuelanın “azad, suveren və müstəqil ölkə” olduğu üçün respublikanın “qlobal ticarət və iqtisadi müharibəyə hazırlaşdığını və istənilən ehtimal üçün planlar hazırladığını” vurğulayıb.
Tramp aprelin 2-də 185 ölkə və ərazidən gələn məhsullara rüsumların tətbiq ediləcəyini açıqlayıb. 10%-lik universal tariflər aprelin 5-dən, fərdi tariflər isə aprelin 9-da qüvvəyə minəcək. Bundan başqa, ABŞ administrasiyası aprelin 3-dən bütün idxal avtomobillərinə 25%-lik gömrük rüsumları tətbiq edib. Tramp iqtisadi vəziyyətlə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
2015-ci ildən bəri ABŞ və müttəfiqləri Venesuelaya qarşı 930-dan çox birtərəfli məhdudlaşdırıcı tədbir tətbiq edib. Venesuela iqtisadiyyatına ən böyük ziyan 2019-cu ildə (Donald Trampın ilk prezidentliyi) dövlət neft-qaz şirkəti "Petroleos de Venezuelaya (PDVSA) qarşı tətbiq edilən sanksiyalardan dəyib. 2025-ci ilin fevralında Tramp Amerika və xarici neft şirkətlərinin Venesuelada fəaliyyət göstərməsinə icazə verən sanksiyalardan imtinaya son qoydu. Aprel ayında Venesueladan neft və ya qaz alan ölkələrə 25% idxal rüsumları tətbiq edilib.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 05 Aprel 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















