Maduro Venesuelanın hansı şərtlərlə ABŞ la dialoqa hazır olduğunu açıqlayıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
“Venesuela təhdid və təzyiqlərlə deyil, yalnız hörmət əsasında ABŞ-la dialoqa hazırdır.”
APA xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro deyib.
"Cənab Prezident Tramp, diqqətli olmalısınız. Çünki Marko Rubio sizin əllərinizi qana, Cənubi Amerikalıların, Karib hövzəsinin, Venesuelalıların qanına ləkələmək istəyir. Onlar sizin soyadınızın, əbədi olaraq qana bulanmasını istəyirlər. Venesuela xalqına qarşı qırğın, Cənubi Amerikaya qarşı dəhşətli müharibə dəhşətli nəticələrə gətirib çıxaracaq.”, - Maduro bildirib.
Maduro daha sonra ölkəsinin hansı şərtlərlə dialoqa hazır olduğunu da vurğulayıb
"Ancaq o, ağıllı adamdır. Bəli, o nə edəcəyini biləcək. Ümid edirəm ki, bizdə olan kommunikasiya kanalları bərpa olunacaq. Əgər belə olsa, biz hamımız bunun tərəfdarıyıq. Hörmətlə, hər şey mümkündür. Təhdidlər və maksimum təzyiq olarsa, bizim tərəfimizdən maksimum hazırlıq və maksimum itaətsizlik olacaq. Biz imperializm və müstəmləkəçiliyə itaətsizlikdə dünya çempionuyuq", - Maduro əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 01 Sentyabr 2025 23:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















