Maduro yeni hərəkatın yaradıldığını elan etdi KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Venesuela prezidenti Nikolas Maduro antifaşist tələbə hərəkatının yaradılmasını elan edib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Karakasda keçirilən Ümumdünya Antifaşist Gənclər və Tələbələr Konqresinin bağlanışında danışıb.
“Sizi təbrik edirəm, çünki bu gün Venesuelada dünyanın böyük bir gənc və tələbə antifaşist hərəkatı doğulur”, – Maduro konqres nümayəndələrinə müraciət edib.
O qeyd edib ki, mərkəzi Karakasda cəmlənmiş antifaşist hərəkatı “yeni dünya qurmaq üçün gənclərin və xalqların birləşməsinə səbəb olmalıdır”.

Maduro yeni hərəkatın yaradıldığını elan etdi
24 Noyabr 2024 13:35

