Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Madurodan sonra Venesuela: müdaxilə reallığı və yeni güc balansı

Madurodan sonra Venesuela: müdaxilə reallığı və yeni güc balansı

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Venesuelada baş verən son hadisələr ABŞ-Venesuela qarşıdurmasının artıq siyasi ritorika və təzyiq mərhələsindən çıxaraq faktiki nəticə mərhələsinə keçdiyini göstərir.

Nicolas Maduronun ələ keçirilməsi və hakimiyyətdən uzaqlaşdırılması ilə Karakasda uzun illər davam edən siyasi status-kvo dağıldı. Bu hadisə təkcə bir liderin devrilməsi deyil, eyni zamanda Latın Amerikasında dövlət suverenliyinə yanaşmanın köklü şəkildə dəyişdiyini göstərən simvolik məqamdır. ABŞ bu addımla açıq şəkildə nümayiş etdirdi ki, Venesuela məsələsi artıq danışıqlar və dolayı təsir alətləri ilə deyil, birbaşa idarəetmə və nəzarət mexanizmləri ilə həll ediləcək.

Hadisələrin gedişi göstərir ki, Maduronun devrilməsi spontan daxili üsyanın nəticəsi yox, uzun müddət hazırlanan və koordinasiya olunan beynəlxalq ssenarinin yekun mərhələsi olub. ABŞ prezidenti Donald Trampın Venesuela ilə bağlı açıqlamalarında “keçid dövrü”, “idarəetmənin bərpası” və “neft axınının normallaşdırılması” kimi ifadələrin işlədilməsi, Vaşinqtonun artıq özünü bu ölkədə proseslərin əsas tənzimləyicisi kimi gördüyünü açıq şəkildə ortaya qoyur. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, ABŞ bu müdaxiləni nə gizlədir, nə də əvvəlki kimi humanitar və ya hüquqi pərdəyə bürüməyə çalışır. Əksinə, Monro doktrinasına açıq istinadla Venesuelanın “bizim regionumuz” olduğu mesajı verilir.

Maduronun devrilməsi ilə paralel olaraq Venesuelanın enerji sektoruna dair səsləndirilən tələblər hadisələrin əsl mahiyyətini daha da aydınlaşdırır. ABŞ-ın Venesueladakı bütün enerji obyektlərinə tam giriş istəyi, neft hasilatının beynəlxalq bazara sərbəst çıxarılmasının ABŞ maraqları çərçivəsində tənzimlənəcəyi barədə açıqlamalar göstərir ki, əsas hədəf siyasi dəyişiklikdən daha çox iqtisadi nəzarətdir. Neftlə yanaşı litium və nadir torpaq elementləri kimi strateji resursların da bu prosesin mərkəzində dayanması Venesuelanı qlobal güc rəqabətinin kritik nöqtəsinə çevirir.

Venesuela daxilində formalaşan yeni siyasi mənzərə isə hələlik qeyri-müəyyəndir. Keçid administrasiyası adı altında irəli sürülən modellər formal olaraq seçkilər və sabitlik vəd etsə də, real güc balansı ölkə daxilində deyil, xaricdə formalaşır. Delcy Rodriguezin açıqlamalarında səslənən sülh, dialoq və əməkdaşlıq çağırışları daha çox beynəlxalq legitimlik qazanmaq məqsədi daşıyır. Çünki, Maduronun devrilməsindən sonra Venesuela rəhbərliyinin manevr imkanları xeyli daralıb və əsas qərarlar Karakasdan kənarda qəbul olunur.

Bu prosesin regional nəticələri də son dərəcə ciddi olacaq. Latın Amerikası ölkələri üçün Venesuela presedenti açıq mesajdır: ABŞ-a qarşı uzunmüddətli siyasi müqavimət ya daxildən, ya da birbaşa müdaxilə yolu ilə sona çatdırıla bilər. Bu isə regionda təhlükəsizlik anlayışını kökündən dəyişir və bir çox dövlətləri ya Vaşinqtonla daha sıx koordinasiyaya, ya da alternativ güc mərkəzləri ilə daha riskli yaxınlaşmalara sövq edə bilər.

Nəticə etibarilə, Maduronun devrilməsi ABŞ-Venesuela qarşıdurmasının sonu deyil, əksinə yeni mərhələsinin başlanğıcıdır. Bu mərhələ artıq ideoloji mübahisələrdən çox, resursların bölüşdürülməsi, siyasi loyallığın formalaşdırılması və Qərb yarımkürəsində güc balansının yenidən qurulması ilə xarakterizə olunur. Venesuela isə bu böyük geosiyasi oyunda öz taleyini müəyyənləşdirmək imkanını xeyli dərəcədə itirmiş vəziyyətdədir.

Züriyə Qarayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri