Icma.az
close
up
RU
Maduronun həbs əməliyyatının detalları: ABŞ ilk dəfə gizli akustik silah tətbiq edib

Maduronun həbs əməliyyatının detalları: ABŞ ilk dəfə gizli akustik silah tətbiq edib

Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ xüsusi təyinatlıları Nikolas Maduronun saxlanılması üzrə həyata keçirdikləri əməliyyat zamanı onun mühafizəçilərini zərərsizləşdirmək üçün gizli akustik (səs) silahdan istifadə ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat yayıb.

Nəşr amerikalı fəal Mayk Netterin "X" sosial şəbəkəsində paylaşdığı və Ağ Evin mətbuat katibi Karolin Levittin repost etdiyi sənədə – naməlum venesuelalı hərbçinin dindirilmə stenoqramına istinad edib.

Venesuelalı hərbçinin sözlərinə görə, Amerika xüsusi təyinatlıları öz sıralarından heç bir itki vermədən yüzlərlə venesuelalı əsgəri zərərsizləşdiriblər. O qeyd edib ki, əməliyyat zamanı indiyədək görmədikləri texnologiya və silahlardan istifadə olunub:

"Biz keşik çəkirdik, lakin qəfildən bütün radar sistemlərimiz heç bir səbəb olmadan söndü. Gördüyümüz növbəti mənzərə mövqelərimiz üzərində uçan saysız-hesabsız dronlar oldu. Necə reaksiya verəcəyimizi bilmirdik".

Şahidin sözlərinə görə, dronların ardınca xüsusi təyinatlıları daşıyan helikopterlər peyda olub. Hərbçi bildirib ki, amerikalıların sayı təxminən 20 nəfər olsa da, yüzlərlə venesuelalı əsgərə qarşı "döyüş yox, əsl qırğın" törədiblər:

"Onlar texnoloji cəhətdən çox üstün idilər. Bu, indiyədək qarşılaşdığımız heç nəyə bənzəmirdi. O qədər dəqiq və sürətli atəş açırdılar ki, sanki hər əsgər dəqiqədə 300 güllə atırdı".

Hərbçi iddia edib ki, daha sonra amerikalılar Venesuela hərbçilərinin hamısını eyni anda zərərsizləşdirən sirli bir silah işə salıblar:

"Həmin an nəyisə işə saldılar; bunu necə təsvir edəcəyimi bilmirəm. Bu, çox intensiv səs dalğasına bənzəyirdi. Qəfildən elə hiss etdim ki, sanki başım daxildən partlayır. Hamımızın burnundan qan açıldı. Bəziləri qan qusurdu. Biz yerə yıxıldıq və hərəkət edə bilmədik. O səs silahından – və ya hər nə idisə – sonra heç birimiz ayağa qalxa bilmədik".

Ağ Ev rəsmisinin bu hekayəni paylaşmasına baxmayaraq, Vaşinqton hadisənin təfərrüatlarını rəsmi şəkildə təsdiqləməyib.

Lakin "New York Post"a danışan və keçmişdə ABŞ kəşfiyyatı ilə əlaqəli olan mənbə bildirib ki, Pentaqonun arsenalında uzun müddətdir mikrodalğalar və ya lazer şüaları kimi fokuslanmış enerji vasitəsilə hədəfləri zərərsizləşdirən silahlar mövcuddur. Mənbənin sözlərinə görə, bu, həmin silahın real döyüş şəraitində ilk istifadəsi ola bilər. Mütəxəssis təsdiqləyib ki, bu silah venesuelalı hərbçinin təsvir etdiyi simptomları yaratmaq gücünə malikdir./teleqraf

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 11 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see131

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see128

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri