Maduronun məhkəməsi başlayır Venesuela prezidentini ən ağır cəza gözləyir VİDEO
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
ABŞ-da saxlanılan Venesuela prezidenti Nikolas Maduronun məhkəməyə aparıldığı anların videosu yayılıb.
Bakupost.az xəbər verir ki, görüntülər “Fox News” telekanalı tərəfindən yayımlanıb. Videoda Maduro gücləndirilmiş təhlükəsizlik tədbirləri altında, hüquq-mühafizə orqanlarının müşayiəti ilə məhkəmə binasına aparılarması əks olunub.
Kadrlarda Maduronun əllərinin qandallı olması və onun ciddi nəzarət altında saxlanıldığı diqqət çəkir. ABŞ rəsmiləri hələlik video ilə bağlı rəsmi açıqlama verməyiblər.
Venesuela prezidenti Nikolas Maduro ABŞ-da məhkəmə qarşısına çıxarılır. O, Bruklin həbsxanasından Manhetten federal məhkəməsinə əvvəlcə vertolyotla, daha sonra isə bir neçə avtomobildən ibarət xüsusi kortejlə aparılıb.
Məlumata görə, Maduronun məhkəməyə aparılması zamanı üzərində heç bir tanıdıcı işarə olmayan ağ mikroavtobuslar və Nyu-York polisinin patrul maşınları onu müşayiət edib.
İlk məhkəmə iclası bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İttiham aktına əsasən, Maduraya qarşı irəli sürülən əsas maddə onun “Sinaloa” narkokarteli, “Tren de Aragua” silahlı qruplaşması və “Zetas” karteli ilə əlbir olaraq ABŞ-a kokaín tədarükünü təşkil etməsi ilə bağlıdır.
Bundan əlavə, ikinci ittiham maddəsi kokaínin ABŞ ərazisinə gətirilməsi və ölkə daxilində yayılması məqsədilə cinayət sövdələşməsi ilə əlaqədardır.
Üçüncü və dördüncü maddələr isə narkotik daşımalarının mühafizəsi üçün silahdan istifadə və silah saxlanılması faktlarını əhatə edir.

“New York Post” (NYP) nəşrinin yazdığına görə, məhkəmə Nikolas Maduronun təqsirli olduğuna qərar verərsə, onu ölüm cəzası gözləyə bilər.
Xatırladaq ki, Nikolas Maduro bir neçə gün əvvəl ABŞ qüvvələri tərəfindən paytaxt Karakasda saxlanılaraq ABŞ-yə aparılıb. Vaşinqton onu narkotik ticarəti, terror təşkilatları ilə əməkdaşlıq və beynəlxalq cinayət şəbəkələri ilə əlaqədə ittiham edir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 05 Yanvar 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















