Maduronun məhkəməsi bu tarixdə başlayacaq
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Narkoterrorizm, silah qaçaqmalçılığı və narkotik ticarətində ittiham olunan Venesuelanın sabiq prezidenti Nikolas Maduronun məhkəməsi 2027-ci il iyulun 22-də Nyu-York məhkəməsində başlayacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə məhkəmənin onlayn məlumat bazasında yerləşdirilən sənəddə deyilir.
Belə ki, müvafiq cədvəl müdafiə və ittiham tərəflərinin nümayəndələri tərəfindən təklif edilib.
Məhkəmə prosesi əvvəlcə 2027-ci il 30 iyuna planlaşdırılıb. Lakin prokurorluq üç həftəlik təxirə salma tələb edi. Prokuror Cey Kleyton təxirə salma tələbini cədvəl, logistika və təhlükəsizliklə bağlı narahatlıqlarla izah edib.
Nyu-York Cənub Dairəsi Məhkəməsinin hakimi Elvin Hellerstayn prokurorun vəsatəti ilə razılaşıb.
Sənəddə bildirilir ki, dövlət ittihamı bütün əsas məxfi materialların iş iştirakçılarına 15 noyabr 2026-cı il tarixinə qədər təqdim etməyi planlaşdırır. Bundan sonra tərəflər 11 mart 2027-ci il tarixinə qədər lazımi vəsatətləri təqdim etmək üçün vaxta sahib olacaqlar.
Bu cədvəlin Nyu-Yorkun Cənub Dairəsi məhkəməSİ tərəfindən təsdiqlənməsinin iyulun 22-də keçiriləcək məhkəmədə baş tutacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:Maduronun məhkəmə işi BU TARİXDƏ başlayacaq
05 Yanvar 2026 20:39
Maduronun məhkəməsi təxirə salındı
16 İyun 2026 11:03
Maduronun məhkəməsi yenə TƏXİRƏ SALINDI
18 Fevral 2026 18:09
Argentina məhkəməsi Maduronun ekstradisiyasını tələb edir
04 Fevral 2026 23:13
Çin XİN: Maduronun məhkəməsi beynəlxalq münasibətləri pozur
06 Yanvar 2026 15:47
Baxış sayı:86
Bu xəbər 22 İyul 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















