Madyar Zelenskinin xahişini qəbul etdi
Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Macarıstanın Baş naziri Peter Madyar Ukrayna Prezidenti Volodimir Zelenskinin Ukrayna qarğıdalısının Macarıstan ərazisindən tranzitlə Qərbi Avropaya daşınması ilə bağlı xahişinə müsbət cavab verdiyini açıqlayıb.
Macarıstan hökumətinin başçısı bu barədə RTL telekanalına müsahibəsində danışıb.
"Təkbətək görüşümüz zamanı Zelenski bildirdi ki, qarğıdalının Qərbi Avropaya, məsələn, möhürlənmiş vaqonlarla təchiz olunmuş qatarlarla daşınması Ukraynaya böyük dəstək olardı", - deyə o əlavə edib.
Baş nazirin sözlərinə görə, Ukrayna yüklərinin Macarıstan ərazisindən yalnız tranzit məqsədilə keçirilməsinə heç bir maneə yoxdur.
Madyar vurğulayıb ki, Brüsseldə keçirilən sonuncu Avropa İttifaqı sammitində Zelenski Polşa, Rumıniya, Slovakiya, Macarıstan və digər qonşu ölkələrə müraciət edərək Ukrayna mallarının tranzitinə yenidən icazə verilməsini istəyib.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 18 Oktyabr 2026 05:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















