Maestro Ceyhunun çaydakı görüntüsü tənqid olundu Rəyləri bağladı
Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.
Əməkdar artist Ceyhun İsmayılov (Maestro Ceyhun) sosial şəbəkədə paylaşdığı videoya görə tənqid olunub.
Qaynarinfo xəbər verir ki, sənətçi dağ rayonlarının birinə səfəri zamanı çayda yarıçılpaq vəziyyətdə suya girdiyi görüntüləri sosial media hesabında paylaşıb.
İfaçı videoya aşağıdakı qeydi əlavə edib:
"Avqust ayında 35-42 dərəcə isti olan günlərdə dağ çayları adama ləzzət edir. Dağ çayından başqa hamısı istidir. Ana təbiətimizi sevirəm. Mənim ən həssas hisslərimdən biri dağ çayı silsiləsidir. Payızda, yayda, qışda eyni sevgilərlə suya girirəm”.
Lakin ifaçının yarıçılpaq görüntüsü izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və o, sosial mediada kəskin tənqid olunub. Tənqidlərin artmasından sonra Ceyhun İsmayılov paylaşımın rəy bölməsini bağlayıb.
Məsələ ilə bağlı Ceyhun İsmayılovla əlaqə saxlamağa çalışdıq. İfaçının köməkçisi Qaynarinfo-ya açıqlamasında bildirib: "Ceyhun müəllim hazırda xarici ölkədədir”.
Ona videonun bir neçə gün öncə yerli bölgədə çəkildiyini xatırlatdıqda isə bu sualla bağlı şərh verməkdən imtina edib.
Bahar Rüstəmli
Baxış sayı:108
Bu xəbər 07 Avqust 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















