Mafiya lideri təqaüddə olan polisə yardım etdi, MHP dən belə reakisya verildi: Allah razı olsun...
Icma.az bildirir, Mia.az portalına istinadən.
Birləşmiş Ərəb Əmirliklərində yaşayan və barəsində qırmızı bülletenlə axtarış verilmiş Türkiyə mafiyasının bir nömrəli cinayət təşkilatının lideri Sedat Peker xəstəliyi səbəbindən təqaüdə çıxan xüsusi əməliyyat polisi Ömər Qorxmaza dəstək verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, polisə kök hüceyrəyəsi köçürülməsi üçün tələb olunan 1 milyon 800 min TL (təxminən 90 min manat) nağd pulu və əməliyyatdan sonrakı bütün xərcləri öz üzərinə götürüb: "Peker bu məqsədlə vəkilinə tapşırıq verib və o, gərəkli addımları atıb..."
Sedet Pekerin bu humanist addımı qısa zamanda ölkədə böyük maraq doğurub.
Maraqlıdır ki, iqtidarla müttəfiq olan Dövlət Baxçalının lideri olduğu MHP-nin İstanbuldan deputatı İzzet Ülvi Yönter mafiya liderinin hərəkətinə reaksiya verib: "Allah razı olsun. Xüsusi təyinatlı polisimizə tezliklə şəfa diləyirəm...".
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 Fevral 2025 01:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















