Icma.az
close
up
RU
MAFİYALAŞMIŞ MEDİA ƏLAQƏLƏNDİRİCİLƏRİ... Samir Feyruzov yazır

MAFİYALAŞMIŞ MEDİA ƏLAQƏLƏNDİRİCİLƏRİ... Samir Feyruzov yazır

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Samir Feyruzov, 

Azsiyaset.az-ın Baş redaktoru

***

Ötən ilin dekabr ayının 9-da şəxsi “Facebook” hesabımda ov sezonunun açılmamasının səbəbləri barədə qısa yazı tirajladım. Hər ilin sentyabr ayında ov sezonuna start verildiyini, amma COP29-a hazırlıq tədbirlərinin tərkib hissəsi kimi 2024-cü ilin yanvar ayında ov sezonu dayandırıldığını həmin yazıda qeyd etmişdim. Artıq yanvar ayının 11-idir, fevral ayında isə ov sezonu açılmadan bağlanacaq.

Ovçuların dəfələrlə etdiyi müraciətlərə və bu məsələnin bəzi media resurslarında işıqlandırılmasına baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi susqunluq nümayiş etdirdi, ov sezonunun hansı səbəblərdən bağlı saxlanılması barədə ovçulara və ictimiyyətə açıqlama verməyi lazım bilmədi. Nazirliyin bütün bu müraciətlərə etinasız münasibəti onu deməyə əsas verir ki, ov sezonunun bağlı saxlanılması şəxsən nazir Muxtar Babayevin əmridir. Nazirin lap əvvəldən mediaya olan neqativ münasibəti, eləcə də ictimai rəyi əhəmiyyətli hal hesab etməməsi bu etinasızlığın əsas səbəbi kimi görünür. Lakin ov sezonunun bağlı saxlanılmasının səbəbləri var və səbəblərin daha çox M.Babayevin şəxsi istəklərinə bağlı olduğu heç bir şübhə yaratmır.

Məlumat üçün qeyd edim ki, bu günə qədər “Aziyaset”də nazir M.Babayevin fəaliyyətini təqdir edən analitik məqalələr dərc olunub. Yəni, ona qarşı heç bir qərəzdən söhbət belə gedə bilməz. O, sələfi Hüseynqulu Bağırovdan tamamilə fərqlənir, ən azı ona görə ki, uzun illər Nazirlikdə formalaşan marginal, təbiətə qarşı vəhşi münasibət sərgiləyən qruplaşmaların səlahiyyətlərini əhəmiyyətli dərəcədə azalda bilib. https://azsiyaset.az/tehlil-analitika/5627-Ekologiya-Nazirliyinin-menyusuna-once-ereb-ovchularinin-serguzeshtleri-sonra-qirilan-Lenkeran-mesheleri.html

H.Bağırovun zamanında nazirliyin fəaliyyətindəki nöqsanlarla bağlı media resurslarında dərc edilən məqalələr anındaca yox çıxırdı, qurumun mətbuat xidməti müxtəlif üsullarla bu məqalələrin silinməsinə nail olurdu. Deməli, həqiqətən də problemlər var idi, amma iş görülmürdü, bu problemləri də hansısa yollarla gizlətmək lazım idi. İndi pozitiv istiqamətdə yazılan məqalələrə görə də heç kəs nazir M.Babayevdən alqış istəmir, ən azı saytımızda dərc edilən məqalələrə görə təşəkkür belə ummuruq. Problemləri də deməliyik. Bu gün isə nazirlik problemlərin göstərildiyi heç bir məqaləyə reaksiya vermir. Halbuki, həmin mətbuat xidməti yenə də yerindədir. Ya nazir məqalələrə reaksiya verilməməsini tapşırıb, ya da mətbuat xidmətinin küstar yazı sildirmə metodologiyası deaktiv olub və problemlər nazirə olduğu kimi məruzə edilmir. Hər halda, mediaya və şikayətçilərə qarşı bu etinasızlığın ən azı bir səbəbi olmalıdır.

Biz nə üçün çalışırıq, şikayət etdiyimiz məsələ nədir? Ov sezonu bağlıdır və ovçular dəfələrlə nazirə müraciət edib, amma nəticə yoxdur. COP29-dan sonra da nazir M.Babayev problem yaşamaq istəmir, bəlkə də məhz buna görə neqativlərin ictimailəşə biləcəyi sahələrdə tam qapanma qərarı verib?! Bəlkə də başqa bir vəzifəyə gedəcək, məsələn, Samir Şərifov kimi o da Baş nazirin müavinlərindən biri olacaq və bu vəzifəyə gedənə qədər də “sakit rejim” moduna keçib?!

Bəs, iqtisadiyyat, faydalılıq? Bir daha qeyd edirəm:

Əvvəla, ov sezonu bağlı qaldıqca qanunsuz ovçuların sayı da artmış olur, əlavə və kimlərinsə şəxsi maraqlarına xidmət edən neqativ hallara gətirib çıxarır.

Digər tərəfdən, ov sezonunda iqtisadiyyat az xeyir götürmür, ovçular xeyli pul xərcləyirlər, ov tüfəngləri, müxtəlif ləvazimatlar alınır, onlara lisenziyalar verilir və s.

https://azsiyaset.az/cemiyyet/14565-Muxtar-Babayev-ov-sezonunu-niye-achmir.html

İndi sual olunur, nazir bütün bunları nə üçün istəmir? Görəsən, ovçuların əsaslandırılmış müraciətləri nazirin qarşısına qoyulubmu? O, ovçuların müraciətlərini izləyibmi?

Mən ovçu deyiləm, dostlarımızın içində də ovçu yoxdur. Yəni, nazirliyin mafiyalaşmış media əlaqələndiriciləri hesab etməsin ki, bu sualları özümə görə verirəm. Məqsədim ictimaiyyətə olan hörmətsizliyin səbəblərini başa düşməkdir. Nazirliyin başqa işlərinə aid suallar ünvanlamaq niyyətindən uzağam, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11300 əməkdaşı var idi, indi bu rəqəm tam yarılanıb. Səbəblərini soruşurqmu? Yox!

Qanun yaxın qohumların eyni qurumda işləməsini qadağan edir. ETSN isə belə qohum işçilərlə doludur – valideyn-övlad, ər-arvad, bacı-qardaş və s. Bunu da soruşmuruq...

Nazirlik şimal rayonlarımızda qanunsuz daş karxanalarının işləməsinə niyə göz yumur? Bu da bizlik deyil. Əslində bizlikdir, sadəcə eşitməyənə sual verməzlər! Onsuz da öz bildiyini edəcək.

Mənbə: https://azsiyaset.az/tehlil-analitika/14625-Muxtar-Babayevin-meqsedi-nedir-Verilen-ve-verilmeyen-suallar.html

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri