Mahaçev Maddalena ilə döyüşə hazırlığın onun üçün çətin olduğunu etiraf edib
Icma.az, Idman.biz saytına istinadən bildirir.
34 yaşlı yüngül çəkidə keçmiş UFC çempionu, rusiyalı İslam Mahaçev yüngül çəkidə (77 kq-a qədər) hazırkı UFC çempionu avstraliyalı Cek Della Maddalenaya qarşı irəlidə baş tutacaq yarımorta çəkili debüt döyüşünə hazırlıqdan danışıb.
İdman.Biz xəbər verir ki, Mahaçev qarşıdakı döyüşə hazırlığın onun üçün çətin olduğunu etiraf edib.
“Bu düşərgə həqiqətən çətindir. Mən çəki alıram, böyüyürəm və daim sparrinq partnyorlarımı dəyişirəm. Bəziləri həqiqətən ölçülərinə görə kifayət qədər böyükdürlər. Bu, çox çətin toplanışdır. Çəkilər də dəyişib və onları qaldırmaq çətindir. Amma özümü yaxşı hiss edirəm.
Çəki artırmaq çox çətin idi. İndi mən bir qədər böyümüşəm. Son bir neçə aydır ki, bunun üzərində işləyirəm. Hər məşqdən sonra kreatin və protein istifadə edirəm. Daha çox yeməyə çalışıram. Formada qalmaq üçün UFC Performans İnstitutundakı diyetoloqlarla daim əlaqə saxlayıram”, - Mahaçev ESPN-ə verdiyi müsahibədə deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 27 Oktyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















