Mahaçev Topuriya ilə döyüşməkdən imtina edərsə, UFC çempionluq kəmərini itirə bilər
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yüngül çəkidə UFC çempionu rusiyalı İslam Mahaçev İliya Topuriya ilə döyüşməkdən imtina edərsə, çempionluq kəmərini itirəcək.Bu barədə “ABC” telekanalı iddia edir.
Mənbənin sözlərinə görə, UFC Mahaçev və Topuriya arasında döyüşdə israr etmək niyyətindədir. Əks halda, qurum Mahaçevi tituldan məhrum edəcək və Topuriya ilə braziliyalı Çarlz Oliveyra arasında vakant titul uğrunda döyüş təşkil edəcək.
Daha əvvəl “Marca” xəbər vermişdi ki, Topuriyanın iştirakı ilə iyunun 28-də Las-Veqasda UFC 317 turnirində yüngül çəkidə divizion kəməri uğrunda çempionluq döyüşünün keçirilməsi planlaşdırılır.
MMA karyerası ərzində Topuriya 16 döyüş keçirib və bir dəfə də olsun məğlubiyyətlə üzləşməyib. O, 2024-cü ilin fevral ayından UFC yarımyüngül çəkidə çempionluq kəmərinə sahib idi, lakin çəki dərəcəsində yüksəlmək üçün onu tərk etdi. 2025-ci ilin fevralında UFC rəhbəri Dana Uayt Topuriyanın yüngül çəki divizionuna keçdiyini açıqladı.
Mahaçev yüngül çəkidə UFC çempionudur. O, əvvəllər orta çəkiyə yüksəlmək və eyni vaxtda iki kəmərə sahib olmaq arzusunu ifadə edib. Lakin orta çəkidə çempionluq kəməri Mahaçevin dostu, İslamın oktaqonda mübarizə aparmaq istəmədiyi Belal Məhəmmədə məxsusdur.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 24 Aprel 2025 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















