Icma.az
close
up
RU
Mahir Almaniyada böyük bəxtsizliklə üzləşdi özü isə yenə susdu

Mahir Almaniyada böyük bəxtsizliklə üzləşdi özü isə yenə susdu

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

"Nürnberq" bu gün Almaniyanın 2-ci bundesliqasının 14-cü turu çərçivəsində meydana çıxıb.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin komandası "doğma divarlar" arasında "Düsseldorf"la heç-heçə edib - 2:2. Start heyətində yer alan həmyerlimiz 74-cü dəqiqədə Lukas Şmeltserlə əvəzlənib. Bəs o, meydanda qaldığı müddətdə nə ilə qalıb?
İlk dəqiqələrdən fəal çıxışla diqqəti çəkən Emreli üç dəfə komandasını qolla sevindirməyə, iki dəfə məhsuldar ötürmə verməyə yaxın olub. "Nürnberq"in ilk təhlükəli vəziyyətini 12-ci dəqiqədə Mahir yaratsa da, rəqibin qapıçısıyla mübarizədən məğlub ayrılıb. 28-ci dəqiqədə cərimə meydançasına daxil olan hücumçu Stefanos Tzimasa ötürmə verib, amma komanda yoldaşının başla qapıya zərbəsi qeyri-dəqiq olub. 39-cu dəqiqədə Mahir Yulian Yustvanın hiyləgər ötürməsini qeyri-dəqiqlik üzündən qolla tamamlaya bilməyib. Həmçinin Mahir təkbətək mübarizələrin 81 faizindən qalib ayrılıb. O, dörd hava duelinin ikisində rəqibini üstələyibsə, bir dəfə əllə oynayıb. Daha iki dəfə isə fərqli qayda pozuntularına yol verib. Hər halda, həmyerlimiz vərəqə almayıb. Deməli, indiyə qədər üç dəfə "sarı"yla üzləşən Mahir növbəti matçda baş məşqçisi Miroslav Klozenin sərəncamında olacaq.
Ümumiyyətlə, matçın birinci hissəsi meydan sahiblərinin, ikinci hissəsi isə qonaqların üstünlüyü şəraitində keçib. Maraq üçün qeyd edək ki, "Nürnberq" qələbəni 90-cı dəqiqədə Yustvanın avtoqolu üzündən əldən verib. Mahirin komandası 19 xalla 12-ci yerdədi. “Nürnberq” dekabrın 6-da 15-ci tur çərçivəsində "Elversberq"in qonağı olacaq.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2024 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri