Icma.az
close
up
RU
Mahir, Elvin, Nəriman, Renat... onların millidə nə işi var?

Mahir, Elvin, Nəriman, Renat... onların millidə nə işi var?

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bilindiyi kimi, yığmamız mayın 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Kollektiv Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək. Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda keçiriləcək hər iki görüş Bakı vaxtıyla saat 22.00-da başlayacaq.

Ayxan Abbasov mayın 23-də milliyə dəvət olunan 28 futbolçunun adını açıqladı. Təbii ki, bu dəfə də bəzilərinin yığmaya çağrılması birmənalı qarşılanmadı. Əlbəttə, bir çox futbolçunun formada olmasa da, təcrübəsi sayəsində millidə olmaq şansı qazandığı göz önündədi və baş məşqçi də bu məsələni dəfələrlə etiraf edib. Ancaq bir neçə oyunçu var ki, onların çağrılmasına haqq qazandırmaq çətindi.
Söhbət Mahir Emreli, Elvin Cəfərquliyev, Renat Dadaşov və Nəriman Axundzadədən gedir.
Mahir mövsüm ərzində 2-ci bundesliqada cəmi 336 dəqiqə forma geyib. Ümumiyyətlə, onun son üç aydakı statistikası biabırçıdı. Belə ki, hücumçu fevralın 22-dən bəri cəmi 143 dəqiqə tər töküb. Elvin Cəfərquliyev isə sonuncu dəfə aprelin 11-də premyer-liqada meydana çıxıb. Düzdü, o, əvəzedicilər liqasında şans qazanıb. Lakin müdafiəçinin intizamsızlıq üzündən əsas heyətdən uzaqlaşdırıldığını nəzərə alsaq, millidəki varlığı anlaşılan deyil. Renata gəlincə, o, Polşa “Motor”unun əsas heyətində möhkəmlənməkdə ciddi çətinliklə üzləşib. İş o həddə çatıb ki, klub onunla yolları ayırdığını açıqlayıb. Hücumçu mövsüm ərzində çempionatda cəmi 451 dəqiqə forma geyib. Futbolçu “Motor”un son 9 oyununda 37 dəqiqə şans qazana bilib. Nərimanla bağlı durum isə daha kritikdi. “Kolambus Kryu”nun (ABŞ) şərəfini qoruyan gənc hücumçu hələ start heyətində yer almayıb. 6 matçda meydana çıxan oyunçu ən yaxşı halda 11 dəqiqə tər töküb. Ona yalnız kubok oyunlarında şans verilib ki, rəqiblər aşağı liqa təmsilçisi olub.
İndi, deyin görək, klublarında şans qazanmayan futbolçuların millidə karyerasının davam etdirilməsi onlar üçün motivasiyadı, yoxsa ən böyük pislik? Həqiqətənmi yığma üçün quru ad yetərlidi?
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 May 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see690

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see420

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see251

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see226

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see208

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see197

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see196

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see193

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see191

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see190

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see188

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see187

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see181

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see180

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see179

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see179

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see173

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri