Mahir Emreli də öz keyfiyyətini nümayiş etdirdi Vaqif Sadıqov
Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisi sentyabrın 27-də Litva ilə qarşılaşacaq.
Yığmanın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlayıb Tacikistan ilə yoldaşlıq görüşündə oyunçuların performansı və səfər matçı barədə fikirlərini soruşduq. səfər matçı barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Litva Lixtentşeynlə matçda 2:0 hesablı qələbə qazandı. Çətin görüş bizi gözləyir. Uğurlu start vacib amildir. Müsbət nəticə nümayiş etdirməklə hədəflərimizi göstərəcəyik. Son yoxlama matçında Ayxan Abbasov futbolçuları sınaqdan keçirdi. Çalışdığı qədər bir çox oyunçuya şans verdi. Ancaq Tacikistanla görüş yoldaşlıq matçıdır. Bu oyunu rəsmi görüşlərlə bir tutmaq olmaz. Litva ciddi rəqibdir. Toral Bayramov baxımlı qol vurdu. Fəal iştirak etdi. Mahir Emreli də öz keyfiyyətini nümayiş etdirdi. Matça girdikdən sonra oyunun ritmini dəyişdirdi. Komandaya bir növ güc qatdı. Millimizə uğurlar arzulayıram. Ümid edirəm ki, qələbə qazanacağıq”.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 25 Sentyabr 2026 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















