Mahir Emreli: İsveçlə oyunda nəticə qazanmaq üçün şansımız var AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Stokholm, 18 noyabr, Nərgiz Cəfərli AZƏRTAC
Bizi sabah ağır matç gözləyir, güclü rəqibə qarşı oynayacağıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığmasına qarşı keçirəcəkləri VI tur oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, uğurlu nəticə qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirərək qeyd edib: “Düşünürəm ki, bu matçda xal qazanmaq üçün şansımız var. Sadəcə, öz oyunumuzu nümayiş etdirməliyik. Hücumçu kimi daha çox fərqlənmək istəyirəm. Amma əsas olan komandanın qələbə qazanmasıdır".
Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da keçiriləcək İsveç- Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 18 Noyabr 2024 20:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















