Icma.az
close
up
RU
Mahir Emreli Polşadadır Yeni klubu…

Mahir Emreli Polşadadır Yeni klubu…

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mahir Emreli Polşadadır - Yeni klubu…

Azərbaycan millisinin hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirə bilər.

QOL.az xəbər verir ki, bu barədə  Polşanın sportowefakty.wp.pl saytında jurnalist Kamil Qlenbotski məlumat yayıb. Onun sözlərinə görə, 28 yaşlı futbolçu artıq agenti ilə birlikdə Polşadadır və “Rakuv”la danışıqlar aparır.

Jurnalist tərəflər arasında razılığın əldə olunmasının çox böyük ehtimalla baş tutacağını bildirib.

“Rakuv” 2026/27 mövsümündə Polşanı Konfrans Liqasında təmsil edəcək.

“Mahir Emreli “Rakuv”la danışıqlar aparır. Futbolçu dünən agenti ilə birlikdə Polşaya gəlib. Görüşlər davam edir və razılaşma çox real görünür. “Legiya”nın sabiq oyunçusu “Rakuv”un layihəsinə inanır. Yaxın günlərdə konkret yeniliklər gözlənilir”, – deyə Qlenbotski qeyd edib.

Transfer baş tutarsa, Emreli bir neçə illik fasilədən sonra Polşa Ekstraklasasına qayıdacaq. Hücumçu 2021/22 mövsümündə “Legiya”nın heyətində çıxış edib. Onun Varşava klubundakı karyerası azarkeşlərin komanda avtobusuna hücumundan sonra yarımçıq başa çatmışdı.

Bundan sonra Mahir Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda oynayıb, daha sonra isə Almaniyaya yollanıb. O, ötən mövsüm “Kayzerslautern”in heyətində 12 çempionat oyununda meydana çıxaraq 1 qol vurub.

Qeyd edək ki, “Rakuv” Azərbaycan futboluna tanış rəqibdir. 2023/24 mövsümündə bu komanda Çempionlar Liqasının 2-ci mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://qol.az
archiveBu xəbər 18 İyul 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri