Mahir Emreli qoruyucu şinlə məşqə başladı Şəkil
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Almaniya 2-ci Bundesliqasının son turunda "Fortuna" ilə görüşdə əlindən xəsarət alan "Nürnberq"in hücumçusu Mahir Emreli bu gün məşqlərə başlayıb.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu komandanın dünənki məşqinə qatılmayıb.
Metakarpal (əl sümüyü) sınığı aşkarlanan Azərbaycan millisinin üzvünün məşqə xüsusi hazırlanmış şinlə çıxmağı məsləhət görülüb. Ötən gün həmin şin hazır olmadığı üçün Mahir məşq edə bilməyib. Bu gün isə Emreli qoruyucu şinlə komanda ilə birlikdə məşqdə iştirak edib. Onun qarşıdakı oyunlarda da meydana bu şəkildə çıxması gözlənilir.
Xatırladaq ki, son vaxtlar oyununda irəliləyiş olan Mahir Emreli ardıcıl 3 matçda 4 qol vurmağı bacarıb.
Bu mövzuda digər xəbərlər:Mahir Emreli məşqə qatılmadı
14 May 2025 12:35
Mahir Emrelidən maraqlı paylaşım Şəkil
30 Dekabr 2025 16:54
Emreli 3 ay sonra yenidən məşqdə Şəkil
13 Fevral 2026 18:26
Millinin rəhhərliyi Emreli ilə nələrdən danışdı? Şəkil
12 Sentyabr 2026 08:46
“Kayzerslautern” məşqə başladı, amma Mahir yoxdu
01 İyul 2026 14:26
Baxış sayı:152
Bu xəbər 30 Aprel 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















