Mahir Emreli, yoxsa Henrix Mxitaryan? “Nürnberq”in rəsmi səhifəsi cavabladı
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Millimizin üzvü Mahir Emreli “Nürnberq”də şans qazanmağa başladıqdan qısa müddət sonra özünü yaxşı tərəfdən göstərdi.
Xatırladaq ki, o, 2-ci bundesliqada keçirdiyi 7 matçda 3 qol vurub. Beləliklə, həm yerli azarkeşləri, həm də azərbaycanlı futbolsevərləri sevindirib. Elə “Nürnberq” özü də futbolçunun təbliğatında maraqlıdı. Klub bir neçə həftə əvvəl Mahirdən geniş müsahibə alaraq rəsmi saytında dərc edib. Həmçinin son vaxtlar rəsmi “tiktok” səhifəsində həmyerlimizin oyun zamanı çəkilən videolarını paylaşır.
“Football-plus.az” xəbər verir ki, həmin videolardan birinin rəy bölməsində maraqlı hadisə yaşanıb. Belə ki, azərbaycanlı futbolsevərlər “Nürnberq”in rəsmi səhifəsini etiketləyərək “Mahir Emreli, yoxsa Henrix Mxitaryan?” sualını ünvanlayıb. Klubun rəsmi səhifəsi sualı belə cavablayıb: “Mahir Emreli!”
Qeyd edək ki, Mxitaryan erməni futbolçudu və Milan “İnter”inin şərəfini qoruyur.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Noyabr 2024 22:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















