Mahir Emrelinin kollektivlə məşqlərə qoşulması təxirə salındı
Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mahir Emrelinin "Kayzerslautern"in kollektiv məşqlərinə qayıtması yenidən təxirə salınıb.
Sportal.az xəbər verir ki, Almaniya mətbuatı bu həftə Emrelinin məşqlərə qoşulacağını iddia edirdi.
Hətta onun bu gün 2-ci Bundesliqanın 18-ci turunda “Hannover”lə görüşdə adının iştirak ərizəsində olacağı gözlənilirdi.
Lakin bu proqnozlar indi dəyişib. “Der Betze brennt” nəşrinin məlumatına görə, millimizin forvardı fevral ayına qədər meydana çıxmayacaq.
Xatırladaq ki, Emreli oktyabr ayından bəri zədə səbəbindən məşqlərdən uzaq qalıb və yanvarın əvvəlində fərdi məşqlərə qayıdıb.
Baxış sayı:184
Bu xəbər 18 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















