Mahir meydana qayıtdı, “Kayzerslautern” qalib gəldi
Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniya ikinci Bundesliqasında 33-cü turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin formasını geydiyi “Kayzerslautern” öz meydanında “Arminiya Bilfeld”i qəbul edib. Son 3 turda xal qazana bilməyən Mahirin komandası bu görüşdə qələbə həsrətinə son qoyub.
“Kayzerslautern” - “Arminiya Bilfeld” - 2:0
Qollar: Ritter, 15-pen., Asta, 29
Mahir də bu görüşün iştirakçısı olub. Matça ehtiyat oyunçular skamyasından başlayan Emreli, 65-ci dəqiqədə Norman Bassettenin əvəzinə meydana çıxıb. Bununla da təcrübəli forvard 4 turdan sonra meydana qayıdıb. Emreli sonuncu dəfə aprelin 4-də “Düsseldorf”la görüşdə forma geymişdi.
Bu qələbə sayəsində xallarının sayını 49-a çatdıran “Kayzerslautern” turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 09 May 2026 00:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















