Mahir öz durumundan danışdı
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli zədəsi və hazırkı durumu haqda danışıb.
Fərdi məşqlər edən 28 yaşlı hücumçu QOL.az saytına müsahibəsində bərpa prosesinin qaydasında getdiyini bildirib:
"Bərpa prosesi yaxşı gedir. Yavaş-yavaş sağalıram. Komandaya tam olaraq nə vaxt qoşulacağım məlum deyil. Lakin artıq məşqləri intensivləşdiririk. MRT müayinəsinin cavabları da yaxşı çıxıb. Həkimlərlə, məşqçilərlə bu yöndə işimizi davam etdiirik. Onlar da ən az mənim qədər komandaya tez qoşulmağımı istəyirlər".
Qeyd edək ki, Emreli ötən il noyabrın 10-da “Herta” ilə 2-ci Bundesliqa matçında zədə alaraq uzun müddətə sıradan çıxmışdı. Millimizin üzvünün klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Baxış sayı:68
Bu xəbər 07 Yanvar 2026 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















