Mahir Süleymanlı şəhid anasının hüzr mərasimində FOTO
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunun Gəndov kəndində olub.
Modern.az xəbər verir ki, millət vəkili 44 günlük Vətən müharibəsi şəhidi Fizuli Süleyman oğlu Salahovun anası Sevda Salahovanın vəfatı ilə əlaqədar təşkil olunan hüzr mərasimində iştirak edib, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Səfər çərçivəsində deputat Gəndov kəndində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin şərəfinə ucaldılmış abidəni də ziyarət edib. Mahir Süleymanlı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyub.
Deputat bildirib ki, şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq və onların ailələri hər zaman dövlətin və cəmiyyətin diqqət mərkəzində olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 İyun 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















