Mahir uğrunda mübarizə aparan Almaniya klublarının adı açıqlandı qərar anı yetişir
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Mahir Emrelinin Almaniyanın 2-ci bundesliqa klubu "Nürnberq"dən ayrılacağından xəbərdarsız. Tərəflər qarşılıqlı razılıq əsasında müddəti bu mövsümün sonunda başa çatan müqavilənin yenilənməməsinə qərar veriblər.
İndi 28 yaşlı hücumçunun karyerasını harda davam etdirəcəyi maraq doğurur. Bu günə qədər yayılan xəbərlərə inansaq, həmyerlimizlə Almaniyanın həm 1-ci, həm də 2-ci bundesliqa klubları maraqlanır. Hətta "Kicker" nəşri bunlardan ikisinin adını öyrənə bilib. Belə ki, bunlar 2-ci bundesliqada çıxış edən "Kayzerslautern" və Düsseldorf "Fortuna"sıdı. Emrelini heyətində görmək istəyən 1-ci bundesliqa klubunun adı isə hələ bəlli deyil.
Maraq üçün qeyd edək ki, "Fortuna" son mövsümü 6-cı, "Karzerslautern" isə 7-ci pillədə başa vurub.
Bununla belə, Mahir dünən verdiyi açıqlamada hansısa komandadan rəsmi təklif almadığını deyib.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 29 May 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















