Icma.az
close
up
RU
Mahiri transfer etmək üçün evinə hədiyyə göndərdilər İndi problem yaradırlar

Mahiri transfer etmək üçün evinə hədiyyə göndərdilər İndi problem yaradırlar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan millisin üzvü Mahir Emreli çıxış etdiyi Almaniya 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern”lə problemlər yaşamaqda davam edir.

“Qafqazinfo” xəbər verir ki, o, baş məşqçi Torsten Liberknextin “qara siyahı”sına düşüb. 

Alman çalışdırıcı komandanın israrla transfer etdiyi M.Emreliyə şans vermək niyyətində deyil. 

Yerli mətbuat forvardı nə qədər tənqid etsə də, futbolçu bu məsələdə günahsızdır. 

Əldə etdiyimiz məlumata görə, T.Liberknext Azərbaycan yığmasının ötən ay İslandiyaya qarşı keçirdiyi oyunda Mahirin meydana çıxmasına görə ondan narazı qalıb. Belə ki, “Kazyerslautern” düşərgəsində olarkən zədələnən futbolçu yığma komandaya qoşulduqdan sonra zədəsini yeni sağaltmasına baxmayaraq meydana çıxmışdı. İkinci Bundesliqa təmsilçisinin çalışdırıcı isə bunu etdiyinə görə hücumçunu çempionat matçlarında meydana buraxmır. 

Maraqlıdır ki, “Kayzerslautern” yay “transfer pəncərəsi” zamanı Mahirin transferində ən çox israr edən klublardan idi. Futbolçunun “Hannover”, “Sankt-Pauli” kimi variantları olsa da, o, kayzerslauternliləri seçdi. 

Hətta M.Emreli “Hannover”lə müqavilə imzalamaq üçün masaya da oturub, lakin “Kayzerslautern”in idman direktoru Marsel Klos ona və menecerinə zəng edərək öz klubuna keçməli olduğuna inandırıb. 

Klos futbolçunun evinə hədiyyə də göndərib. Ona komandanın əsas forvardı olacağına dair söz də veriblər. 

Lakin indiki vəziyyətdə Mahirin transferində israr edən Marsel Klos onun meydana çıxmaq problemini həll edə bilmir. 

Emreli DÇ-2026-nın seçmə mərhələsində Ukrayna 1:2 uduzduğumuz oyundan sonra Almaniyaya qayıtdıqdan sonra baş məşqçi və idman direktoru ilə bu mövzuda görüşəcəyini bildirsə də, hələ də səs-səmir yoxdur. 

Almanlar isə bu gün futbolçunu tənqid ediblər. Sport1.de saytı Mahirin daha çox sosial şəbəkələr meyilli olduğunu, futboldan daha çox məşhurluğu düşündüyünü yazıb. 

Hətta, onlar “Kayzerslautern”in idman direktoru Fritz Fuchsdan bu mövzuda açıqlama alıblar. O isə bunları deyib: “Biz Mahiri idarə etməyin asan olmadığını bilirik”. 

Görünən odur ki, “Kayzserslautern” rəhbərliyi də artıq Emrelini komandadan göndərmək niyyətindədir. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see336

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see320

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see314

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see313

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see285

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see280

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see271

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see259

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see256

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see247

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see245

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see239

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see238

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see234

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see224

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see207

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see200

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see194

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see179

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri