Icma.az
close
up
RU
Mahirin “Nürnberq”dən ayrılmaq ehtimalı yüksəkdi idman direktoru yeni hücumçular axtarır!

Mahirin “Nürnberq”dən ayrılmaq ehtimalı yüksəkdi idman direktoru yeni hücumçular axtarır!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mahir Emrelinin şərəfini qoruduğu “Nürnberq”in ciddi maliyyə sıxıntısıyla üzləşdiyini yazmışdıq.

Almaniyanın 2-ci bundesliqasında mövsüm sona yaxınlaşdıqca bu məsələ daha çox gündəmə gəlməyə başlayıb. Ona görə ki, klub artıq növbəti “futbol ili”nin cizgilərini cızır və bu dəfə eyni səhvləri təkrarlamaqdan maksimum qaçmaq lazımdı.
Maraq üçün qeyd edək ki, “Nürnberq” 53,13 milyon avro dəyərindədi və bu mənada çempionatın ən bahalı ikinci klubudu. Komanda mövsüm ərzində ən çox pul xərcləyənlər arasında da ikinci sıradadı. Yerli “Bild” qəzeti bunu klubun həm yeni daha böyük və müasir standartlara cavab verən stadion inşa etməsiylə əlaqələndirir, həm də heyətdəki futbolçuların maaşıyla. Odu ki, əsas məsələdən bəhs edək.
“Nürnberq” yay “transfer pəncərəsi” dövründə heyətdə dəyişikliklər edəcək. Kollektiv bundesliqaya vəsiqə qazansa da, qazanmasa da. Təbii ki, belədə ağlımıza gələn ilk sual Mahirin taleyi ilə bağlıdı. Düzdü, futbolçu komanda bundesliqaya vəsiqə qazanacağı təqdirdə burda qalacağını açıqlayıb. Amma “Bild” belə demir.
Klubdan informasiya əldə edən həmkarlarımızın iddiasına görə, “Nürnberq”in idman direktoru Yoti Çatzialexiou futbolçulardan yalnız 20 yaşlı Dustin Forkelin karyerasını klubda davam etdirəcəyinə əmindi. Buna səbəb oyunçunun məhz “Nürnberq”in yetirməsi olmasıdı. Yəni qalan bütün futbolçular müqəddəratını özü həll etməlidi. Təbii ki, oyunuyla, bacarıqlarını statistikalara yansıtmaqla və xarakteriylə.
Bununla belə “Bild” müqavilə müddəti cari mövsümün sonunda bitəcək Mahir və Lukas Şleymer ilə yanaşı, 2026-cı ilin yayına qədər klubla sözləşməsi olan Benyamin Qollerin komandadan ayrılmaq ehtimalının çox yüksək olduğunu yazıb. Çatzialexiou adı çəkilən nəşrə açıqlamasında məlumatları təkzib etməməklə yanaşı, növbəti mövsüm üçün hücumçular axtardığını bildirib:

“İndiyə qədər xeyli səhvə yol vermişik. İndi çıxış yolu tapmaq istəyirik. Hücumda daha “dişli” görünməkdən başqa yol yoxdu. Baş məşqçimiz Miroslav Kloze mövsümün nə ilə nəticələnəyindən asılı olmayaraq, daha bacarıqlı hücumçulara ehtiyac duyur. Artıq bir neçə hücumçuyla danışıq aparmışıq. Amma yayda kimin gedəcəyini, kimin qalacağını deyə bilmərəm”.


KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 03 Aprel 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri