Mahirlə Kloze arasındakı münaqişə şiddətlənir o, yolun sonuna gələ bilər!
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
"Nürnberq"in futbolçusu Mahir Emreliylə baş məşqçisi Miroslav Kloze arasındakı buzlar ərimək bilmir.
"Football-plus.az" xəbər verir ki, bu haqda "Bild" məlumat yayıb. Almaniya nəşrinin iddiasına görə, çalışdırıcının futbolçunu start heyətində yer verməməklə cəzalandırması belə işə yaramayıb:
"Görünür, Mahir sabah keçiriləcək oyunda da start heyətində olmayacaq. Çünki Kloze "İnqolştadt"la hər iki yoxlama oyununda (2:1, 3:0) azərbaycanlıya çox şans vermədi və başqalarıyla əvəzlədi. Həmçinin baş məşqçi mövsümün ikinci yarısını fərqli üslubda keçirmək istəyir. O, bir nominal hücumçu və üç hücumameyilli yarımmüdafiəçi sayəsində rəqiblərinə təhlükə saçmağa çalışacaq. Bu da o deməkdi ki, mütəxəssis Stefanos Tzimasa güvənəcək. 19 yaşlı hücumçu cari mövsümdə 8 qol vuraraq baş məşqçinin qəlbini fəth edib".
"Bild"in yaydığı informasiyada qeyd olunur ki, Mahir Klozeni anlamağa çalışmır:
"Emreli "İnqolştadt"la oyunlarda özünü yaxşı tərəfdən göstərmədi. Düzdü, penaltini dəqiq yerinə yetirdi, amma baş məşqçisi bunu ciddi uğur kimi qəbul etmədi. Əksinə, mütəxəssis onu daim nəzarətdə saxladı, yüksək səslə tapşırıqlar verdi. Futbolçu isə Klozenin "daha aqressiv çıxış et, intensiv hücumlar istəyirəm!" kimi tələblərini qarşılaya bilmədi".
Belə-belə işlər, Mahir... Gərək "Bild"ə ilişməzdin... Onlar biz deyilik ki, həm sevək, həm də "döyək".
Yeri gəlmişkən, "Nürnberq" sabah 2-ci bundesliqanın 18-ci turu çərçivəsində "Karlsrue"ni qəbul edəcək.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 18 Yanvar 2025 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















