Mahmud Abbas seçkilərin Qəzzada atəşkəsdən sonra bir il ərzində keçiriləcəyini açıqlayıb
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fələstin prezidenti Mahmud Abbas ölkədə prezident və parlament seçkilərinin keçirilməsinə sadiq olduğunu bir daha təsdiqləyib.
APA xəbər verir ki, BMT-nin 80-ci Baş Assambleyasında çıxış edən Abbas seçkilərin Qəzza zolağında tam atəşkəsdən sonra bir il ərzində keçiriləcəyini açıqlayıb.
“Biz müharibənin bitməsindən sonra bir il ərzində prezident və parlament seçkilərinin keçirilməsinə sadiq olduğumuzu vurğulayırıq”, - o bildirib.
Abbas həmçinin üç ay ərzində hakimiyyətin ötürülməsini təmin etmək üçün müvəqqəti konstitusiya layihəsinin hazırlanacağını açıqlayıb. Onun sözlərinə görə, bu, heç bir partiya və ya fərdin Fələstin Azadlıq Təşkilatının siyasi proqramına və beynəlxalq öhdəliklərinə əməl etmədikcə seçkilərdə iştirak etməyəcəyini təmin edəcək.
Prezident həmçinin vurğulayıb ki, seçkilər beynəlxalq nəzarət altında keçiriləcək.

