Icma.az
close
up
RU
Mahmud Qurbanov: Levski ilə matçın sonuna yaxın Sabah ın müdafiəsində boşluqlar yaranmışdı

Mahmud Qurbanov: Levski ilə matçın sonuna yaxın Sabah ın müdafiəsində boşluqlar yaranmışdı

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində Bolqarıstanda “Levski”yə məğlub olan (0:1) “Sabah”ın müdafiə xəttində sona yaxın boşluqlar yaranmışdı.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq məşqçisi Mahmud Qurbanov deyib.

Mütəxəssis rəqibin təzyiqi nəticəsində Bakı klubunun son dəqiqələrdə qol buraxdığını söyləyib: “Sabah” minimal hesabla uduzmasına baxmayaraq, yaxşı təsir bağışladı. Güclü rəqibə qarşı həm müdafiədə, həm hücumda yaxşı oynadılar. Mübarizə apardılar. Rəqibə oynamağa imkan vermədilər. İstək çox, oyun da var idi. Hər iki hissədə qapıya zərbələr endirdilər, sürətli hücumları oldu. Mikelsin ikinci hissədə qol vurmaq şansı var idi. Komanda səhvsiz oynadı. Amma əlavə olunmuş dəqiqələrdə rəqib təzyiqi artırdıqca müdafiədə boşluqlar yaranırdı. “Sabah”ın cərimə meydançasına tərəf xeyli ötürmələr etdilər. Həmçinin müdafiəçilər rəqibin oyunçularını diqqətdən qaçırırdılar. Bir neçə epizodda qapıçı Stas Pokatilov komandanı qoldan xilas etdi. Düşünürəm ki, dünən ən yaxşı oyunçu “Sabah”ın qapıçısı idi. Sadəcə, son dəqiqlərdə qol buraxdılar. Məncə, Bakıdakı oyunda növbəti mərhələyə çıxmaq şansları var”.

O, “Levski”nin güclü komanda olduğunu vurğulayıb: “Hər il komandalar yenilənir, futbol daha da sürətlənir. Hər oyunun öz tarixçəsi olur. Ona görə də keçmişlə əlaqələndirmək düzgün olmaz. Nəsillər, məşqçilər dəyişir. İndi futbol daha sürətlidir. Ancaq bəlli olan odur ki, “Levski” güclü komandadır. Xüsusən də kapitanlarını qedy edərdim. Sağ cinahda oynayan solaxay futbolçuları da təhlükəli idi”.

Qurbanov sonda buraxılan qolun yorğunluqla əlaqədar olmadığını düşünür: “Komandada yalnız 90-cı dəqiqədən sonra boşluqlar yaranmağa başladı. Bunun yorğunluqla bağlı olduğunu deməzdim. Sadəcə, oyunun sonlarına yaxın “Sabah”ın futbolçuları konsentrasiyanı itirdilər. Rəqib güclü təzyiq edirdi. Amma bu məqama qədər müdafiədə kobud səhvə yol verməmişdilər”.

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 14-də Masazırdakı “Bank Respublika Arena”da, saat 20:00-da start götürəcək.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 Avqust 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri