Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Mahmudovla bağlı böyük qalmaqal: O hakim cəzalanacaq?

Mahmudovla bağlı böyük qalmaqal: O hakim cəzalanacaq?

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov ayrı-ayrı vətəndaşlara məxsus qanuni əmlakları ələ keçirmək istəyir.

Xatırladaq ki, Eldar Mahmudov MTN rəhbəri olduğu dönəm ərzində Bakı şəhərində yerləşən “Dolçasaray” MMC-yə məxsus yaşayış binasını inşa edən iş adamlarına hədə-qorxu gəlməklə,  oğlunun adına bir neçə mənzil almasına dair hüquqi qüvvəsi olmayan müqavilələr yazdırıb.

Ancaq Eldar Mahmudovun özünün və MTN-də yaratdığı mütəşəkkil cinayətkar qruplaşmanın ifşasından sonra MTK rəhbərliyi Mahmudovun adına yazdığı mənzilləri ona verməkdən imtina edib.

Bir qrup vətəndaş isə adıçəkilən MTK-ya ödəniş edərək özlərinə mənzil alıb və təmir ediblər.

Həmin şəxslər 10 ildən artıqdır ki, ÇIXARIŞlı mənzillərində yaşasalar da, mahmudovların Bakı Apelyasiya Məhkəməsinin rəhbərliyi və hakim Məmməd Məmmədovla gizli işbirliyi nəticəsində onlar öz qanuni əmlaklarından məhrum edilmək riski ilə üz-üzə qalıb.

“Yeni Sabah” bildirir ki, məsələ ilə bağlı Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, birinci instansiya məhkəməsi vətəndaşların mülkiyyət hüququnun toxunulmaz olmasına dair qərar çıxarsa da, sonradan Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədov Konstitusiyaya və qanunlara zidd qərar çıxarıb.

Məlum olub ki, Anar Mahmudov həmin mənzilləri MTK-dan almasına dair şirkətin hesabına hər hansı məbləğ mədaxil etməyib.

Belə ki, Anar Mahmudovun məhkəməyə təqdim etdiyi sənəddə nə mənzilin dəyəri, nə də hər hansı ödənişə dair rəqəm və qəbzlər var.

Bu fakt kifayətdir ki, həmin mənzillərin Eldar Mahmudov tərəfindən hədə-qorxu ilə əldə olunması təsdiqlənsin.

Hətta mahmudovlar o binadan mənzil almış olsalar belə, burada məhkəmə  öhdəliyi vicdanlı alıcı olan digər vətəndaşların üzərinə deyil, MTK-nın üzərinə  qoymalıdır.

Amma hakim Məmməd Məmmədov qanunları heçə sayaraq, vətəndaşları öz əmlaklarından məhrum etmək istəyir.

Sayta açıqlamasında mülkiyyət hüquqlarına Məmməd Məmmədov tərəfindən qəsd olunan vətəndaşlar bildirir ki, qərardan sonra hakim “məsələ mənlik deyil” deyər ismarıc yollayaraq, məsuliyyəti dolayısı yolla Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun üzərinə atıb.

Hazırda Ali Məhkəməyə kasasiya şikayəti hazırlayan vətəndaşlar, sonuncu instansiya məhkəməsində ədalətli qərar qəbul olunacağına inamlarını ifadə edib.

Onlar, həmçinin Məhkəmə-Hüquq Şurasının hakim Məmməd Məmmədov barəsində intizam icraatı başlatması üçün də mübarizə aparacaqlarını bəyan edib.

Məmməd Məmmədovun qanunları tapdalayaraq, Baş Prokurorluqda “MTN İşi” çərçivəsində aparılan istintaqa cəlb olunan və illərdir ki, istintaqdan yayınan Anar Mahmudova lobbiçilik etməsi də ayrıca araşdırma mövzusudur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Aprel 2026 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see400

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see321

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see300

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see299

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see296

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see291

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see289

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see275

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see273

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see269

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see259

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see254

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see253

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see247

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see235

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see207

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see188

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri