Icma.az
close
up
RU
Mahnıları milyonlarla baxış toplayan NURAN necə məşhurlaşdı?

Mahnıları milyonlarla baxış toplayan NURAN necə məşhurlaşdı?

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan şou-biznesi 2020-ci ilin əvvəllərinə qədər yeni sima, yeni tərz və üsluba uzun müddətdir ac idi. Zaman-zaman gənc ifaçılar fəaliyyətə başlasa da, onların populyarlığı ya uzun müddət davam etmir, ya da özlərini əvvəlki illərin sənətçilərinə bənzətdikləri üçün qəbul edilmirdilər. Necə deyərlər, təqlidlər əsillərini yaşadır, amma özləri yaşamırdı. Belə bir dövrdə estradada fərqli sima görmək, fərqli, eyni zamanda bizə xas bir üsluba ehtiyac yaranmışdı.

NURAN brendi necə yarandı?

2023-cü ildə müğənni NURAN öz tərzi və musiqi yanaşması ilə bu boşluğu doldurdu deyə bilərik. NURAN-ı ilk kəşf edən Azərbaycanın məşhur iş xanımı Ruhiyyə Əliyeva olub. O, gənc artistin bir çox layihələrinə dəstək verib, yaradıcılığında yaxından iştirak edib, hazırda onunla möhkəm dostluğu davam edir. 

NURAN-ı dinləyiciyə sevdirən mərhum Əməkdar artist Baloğlan Əşrəfovun “Çağır məni” mahnısını öz fəaliyyətinə uyğun yeni aranjimanda təqdim etdiyi layihə oldu. Bununla yeni era başladan müğənninin fəaliyyəti Elvin Elxanın direktorluğu ilə brendə çevrildi.  NURAN mərhum sənətkarın dillər əzbəri olan mahnısını yenidən dinləyiciyə sevdirib, sanki yeni bir bəstəymiş kimi yaddaşa həkk etdi.

Bu klipdən sonra ifaçı nəinki tamaşaçı qarşısında, o cümlədən şou-biznesdə yeni tərz yaratdı. O, keçmişlə bu günü uğurla sintez edib, insanların darıxdığı nəğmələri dinlədib, görüntüləri göstərdi. NURAN-dan sonra illərdir sənətdə olan həmkarları, fəaliyyətə yeni başlayan ifaçılar onun trend etdiyi mahnıları oxuyub, tərzini təkrarlamağa çalışdılar. Lakin istər geyim tərzi, istərsə də aranjiman və üslub 7-dən 77-yə hər kəsin ağlında NURAN-la qaldı. Çünki müğənni şou-biznesdə yeni bir cığır açdı. Bu cığırın başlanğıcı olan “Çağır məni” Yutubda 14 milyon baxış sayına çatdı, həmçinin TikTok və digər platformalarda minlərlə video çəkildi, yayımladığı il bir çox paylaşımda sözügedən mahnı səsləndi. “Spotify” və digər musiqi platformalarının Azərbaycan seqmentində ən çox dinlənilənlər siyahısına yazıldı. Qısa zamanda bütün sosial şəbəkə platformalarında klipdən hissələr paylaşıldı. 

“Çağır məni”dən sonrakı fəaliyyəti

“Çağır məni”dən sonra NURAN 2000-lərin sevilən mahnılarından olan “O bilər, mən bilərəm”i 2020-lərə gətirdi. Onun öz üslubuna xas aranjimandakı ifası keçmiş dövrü xatırladan kadrlarla ekranlaşdırıldı. 1990-ların toy ab-havasını keyfiyyətli şəkildə bu günə daşıyan klip 4,6 milyon izlənildi. Eyni şəkildə TikTok və digər sosial şəbəkələrdə trend oldu.  Müğənni bundan sonra Xalq artisti Niyaməddin Musayevin repertuarına müraciət etdi. O, sənətkarın “Neynim” mahnısını səsləndirdi. 

NURAN bu mahnını da hitə çevirdi. Sənətçinin Xalq artisti Ağadadaş Ağayevin repertuarından oxuduğu “Ay yalançı” və unudulmaz bəstələrdən olan “Yandırdı məni” (O qara gözlərin) ifası da maraqla qarşılandı. İfaçının bu layihələri ard-arda milyonları aşdı...

Öz mahnılarının uğuru

Zaman-zaman yeni mahnı təqdim etmədiyi üçün tənqidi şərhlər yazılan NURAN “Özəl biri” və “Yolu var” adlı öz mahnılarını təqdim etdi. 

NURAN-ın yeni yayımladığı “Yolu var” isə bir ay ərzində  1 milyondan çox baxış sayına çatdı. Əksəriyyəti NURAN-ı retro mahnılara görə, uğur qazanmış hesab etsə də, o, bu mahnı ilə sosial mediada viral olaraq müğənni kimliyini təsdiqlədi. Bununla yanaşı Azərbaycandan “Charting on Shazam”a düşüb, insanlar tərəfindən axtarılıb. Ümumilikdə NURAN-ın üç il ərzində Yutubda topladığı baxış sayı 26 milyondur. TikTok-da ifaçının paylaşımları 4.2 milyondan çoxdur, NURAN-ın mahnılarına 20 mindən çox video çəkilib.

Şou-biznesdə NURAN stili....

NURAN təkcə musiqi yanaşmasında yox, o cümlədən geyim tərzi ilə də yeni üslub yaratdı. Hər kəs onu iri ölçüdəki pencəkləri, rəngli köynəkləri və eynəkləri ilə tanıdı. NURAN-ın tərzi populyarlığında, artist kimi formalaşmasında mühüm rol oynadı. İfaçının stili verilişlərə mövzu oldu deyə bilərik. Onun tərzində əsas yeri retro parçalar tutur. 1970-lərə məxsus yaxalı köynəklər, “oversize” pencəklər, bol şalvarlar NURAN-ın “look”larını özünəməxsus hala gətirdi. Sənətçi şou-biznesdə kopyası olmayan stili ilə tamaşaçının yaddaşına həkk olundu. 

Sənətkarların təsdiqi!

NURAN fəaliyyətə başladığı dövrdə sənətkarların əhatəsində oldu. İlk illərdən Xalq artisti Röya Ayxan sənətçiyə dəstək göstərdi. Estrada ulduzu gənc həmkarına duet təklif edib, mahnı bağışladı.

Bundan başqa, Xalq artisti Niyaməddin Musayev NURAN-a “Neynim” mahnısının yeni və keyfiyyətli təqdimatı üçün təşəkkür edib. Eyni zamanda NURAN “Çağır məni” üçün mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlundan icazə alıb, ondan da müsbət fikirlər eşidib. NURAN Xalq artisti Eldar Mansurovun yaradacılıq gecəsində “Ay yalançı” mahnısını səsləndirib. Mansurov “Bu mahnı indi NURAN-a yaraşır” deyərək ona müsbət rəy verib. 

Sənətçinin bu ifası E. Mansurovla yanaşı Xalq artisti Mübariz Tağıyev və Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin də rəğbətini qazanıb. Həmçinin mahnının söz yazarı, Xalq şairi Vahid Əziz qonaq olduğu verilişdə NURAN-ın ifasını bəyəndiyini söyləyib. Xalq artisti Ağadadaş Ağayev də repertuarından olan “Ay yalançı”nı NURAN-ın ifasında bəyəndiyini dilə gətirib.

NURAN partlayış dövrünün 3-cü ilində Xalq artisti Aygün Kazımovanın “Best of Aygun” albomunda yer alıb. Sənətçi Mehinlə “Dözmədi qəlbim” mahnısını səsləndirib. Kazımova özü bu ifanı “Orijinal” adlandıraraq yüksək qiymətləndirib. NURAN sözügedən dueti divanın günlərdir danışılan, gündəm olan ad günündə səsləndirib. Həmin anlar sosial mediada çox danışılıb. 

İfaçı hər zaman Xalq artistlərinin əhatəsində olub. O, Yeni il axşamı Xalq artisti Brilliant Dadaşova ilə bir səhnəni paylaşıb. Xalq artisti Aygün Səmədzadə NURAN-la bir araya gələrək onun yaradıcılığını yüksək dəyərləndirib, hətta yeni mahnı yazacağını bildirib.
Xalq artisti Nazpəri Dostəliyeva da NURAN-ın ifalarını ailəlikcə bəyəndiklərini, hətta gəlininin müğənninin pərəstişkarı olduğunu bildirib.

Peşəkarların əhatəsində!

NURAN-ı digər həmkarlarından fərqləndirən və yaradıcılığında mühüm rol oynayan əsas tərəflərindən biri isə daim peşəkarların əhatəsində olmağıdır. Həmçinin sənətçi fəaliyyətə başladığı ilk gündən layihələrini tanınmış jurnalist, Xalq artistləri Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Miri Yusif kimi simalarla çalışan Elvin Elxanın direktorluğu ilə yayımlayıb. İllərdir NURAN-la dostluq münasibəti olan E. Elxan onun ruhuna yaxın layihələri taparaq müğənniyə uyğun sistem yaradıb. Bundan başqa, NURAN tanınmış müğənni Elçin Cəfərovdan vokal dərsləri alır. Cəfərov bütün layihələrində həmkarına dəstək olur. Bununla yanaşı, sənətkar NURAN-ın musiqi prodüseridir.  

İfaçı həmçinin müxtəlif işlərində tanınmış dizaynerlərlə çalışıb. Dünyaca məşhur dizayner Rüfət İsmayılın da özəl kolleksiyasından Xankəndi konsertində istifadə edib. Bundan başqa, NURAN bir sıra işlərində və tədbirlərdə stilist Fuad Hacıyevlə (Fuadcherniy) işbirliyi edir. 

Dövlət tədbirlərində NURAN...

Sənətçi qısamüddətli fəaliyyətində bir çox dövlət tədbirində səhnə alıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Xankəndində təşkil olunan konsertdə səhnəyə çıxıb. Bununla yanaşı, NURAN festivalların və bayram konsertlərinin axtarılan siması olub. Onun universitetlərdə və məktəblərdəki çıxışları gənclərin rəğbətini qazanıb. 

Kliplərində sosial mesajlar...

NURAN-ı xüsusi edən məqamlardan biri də kliplərində cəmiyyətə ötürdüyü mesajlar olub. O, “Neynim” klipində xanım musiqiçilər - Pakizə Qəbəri, Xatirə Kərimova,  Tubaxanım Mirzəyeva və Minarə Nəcəfova ilə çalışaraq musiqidə cinsin yox, sənətkarlığın ön planda olduğunu vurğulayıb. Onun kişi-qadın bərabərliyinə diqqət çəkdiyi bu ekran işi maraqla qarşılanıb. 

Həmçinin NURAN gözəlliyi müasir dövründə qəliblərində yox, fərqlilikdə görərək “Özəl biri” klipində artıq çəkili xanıma yer verib. İfaçı tərəf müqabilini “Özəl biri” adlandıraraq bütün ön yarğıları yoxa çıxarıb. O, bununla yanaşı, klipdəki aktrisa haqqında yazılan tənqidi şərhlərə cavab verərək, sözügedən xanımı müdafiə edib.

Media dəstəyi...

NURAN-ın keçmiş fəaliyyətindəki media dəstəyini əsas tutaraq ifaçıya mətbuat nümayəndələri, xüsusilə də tanınmış jurnalist Pərviz Hüseyn öz dəstəyini göstərib, daim xəbərləri müxtəlif saytlarda işıqlandırılıb. NURAN-ın mahnılarına tez-tez sosial media ulduzları, influenserlər və TikTokerlər videolar çəkib, ifalarını paylaşır. Bu da NURAN-a olan sevgidən irəli gəlir...

Ümumilikdə NURAN müasir dövrdə addım-addım uğur qazanmağı, bir “Artist” inşa etməyin əhəmiyyəti göstərən əsl nümunədir.

Samirə Ərəblinskaya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:779
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see536

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see255

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see242

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see232

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see213

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see204

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see198

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see196

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see189

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see188

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see184

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see182

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see180

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see176

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see174

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see170

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri