Icma.az
close
up
RU
Mahrasa bağında sahibsiz it problemi: sakinlər evlərinə qorxu içində girib çıxırlar KONKRET

Mahrasa bağında sahibsiz it problemi: sakinlər evlərinə qorxu içində girib çıxırlar KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Gəncə şəhərinin Mahrasa bağı adlanan ərazisində sahibsiz itlərin sayının artması sakinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirib. Ərazidə sürü halında dolaşan itlərin insanlara hücum etməsi ilə bağlı narahatlıqlar getdikcə artır.

Sakinlərin sözlərinə görə, vəziyyət artıq adi sahibsiz heyvan problemindən çıxaraq ictimai təhlükəsizlik məsələsinə çevrilib. Xüsusilə səhər və axşam saatlarında yaşayış binalarının ətrafında toplaşan itlər insanların sərbəst hərəkətinə mane olur.

Bəzi sakinlər bildirirlər ki, uşaqları həyətə tək buraxmaqdan çəkinirlər. Yaşlı insanlar isə mağazaya, işə və ya digər gündəlik ehtiyacları üçün evdən çıxarkən ehtiyat etməli olurlar. Hətta sakinlərin binalara daxil olub-çıxarkən sahibsiz itlərin hücumu ilə üzləşməkdən qorxduqları bildirilir.

Problemin digər diqqətçəkən tərəfi isə sakinlərin müraciət etdikləri müxtəlif qurumlardan konkret nəticə ala bilməməsidir. Vətəndaşların iddiasına görə, məsələ ilə bağlı müraciət zamanı ayrı-ayrı instansiyalar problemin həllini digər qurumların üzərinə yönəldirlər.

Nəticədə isə problem olduğu kimi qalır, təhlükə ilə hər gün qarşılaşan tərəf sakinlər olur.

Mahrasa bağında yaranmış vəziyyət təkcə küçədə hərəkət təhlükəsizliyi məsələsi deyil. Davamlı qorxu və stress xüsusilə uşaqlar, yaşlılar və həssas insanlar üçün psixoloji gərginlik yarada bilər. Buna görə də sakinlər problemin yalnız qrumdan-qruma ötürülməsini deyil, aidiyyəti strukturlar tərəfindən sistemli şəkildə həllini xahiş edirlər.

Burada əsas sual ortaya çıxır:

Gəncə şəhərində sahibsiz heyvanların toplanması, təhlükəsiz əraziyə yerləşdirilməsi, sterilizasiyası və nəzarətdə saxlanmasına görə konkret olaraq hansı qurum məsuliyyət daşıyır?

Əgər sahibsiz itlərin sayı artmaqda davam edirsə, insanlar hücum təhlükəsi ilə yaşayırsa və vətəndaşın müraciəti qurumlar arasında dövr edirsə, deməli, söhbət artıq bir neçə itin küçədə olmasından deyil, idarə olunmayan şəhər problemindən gedir.

Mahrasa bağı sakinləri aidiyyəti qurumlardan problemin araşdırılmasını, sahibsiz itlərin yaşayış binalarının ətrafından təhlükəsiz və humanist üsullarla götürülməsini və ərazidə insanların təhlükəsiz hərəkətinin təmin edilməsini istəyirlər.

Sakinlərin gözləntisi sadədir: evindən çıxarkən və ya evinə qayıdarkən qorxu yaşamamaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Sentyabr 2026 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see355

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see338

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see327

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see291

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see279

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see275

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see263

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see248

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see239

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see237

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see236

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see229

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see223

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see220

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see214

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see204

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see202

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see196

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see196

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri