Mahsun Kırmızıgül xərçəngdən ölən Natelanın son arzusunu gerçəkləşdirdi Video Fotolar
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur türkiyəli müğənni Mahsun Kırmızıgül Rusiyanın paytaxtı Moskvada 5000 nəfərlik konsert verib.
“Qafqazinfo” xəbər verir ki, Mahsun Kırmızıgül Moskvada böyük izdihamla qarşılanıb. Biletləri günlər əvvəl satılan konserti izləmək üçün 5000-ə yaxın tamaşaçı arenanı doldurub.
Kırmızıgülün çıxışı zamanı duyğusal anlar yaşanıb. Sənətçi səhnədə xərçəng xəstəliyindən vəfat edən yezidi qız Natelanın hekayəsini bölüşüb. Məlum olub ki, Natela konsertdən cəmi 20 gün əvvəl vəfat edib, lakin üç ay öncə biletləri alaraq bu gecəyə qatılmağı çox arzulayıb.
Bacısına “Əgər ölsəm, konsertə get. Mahsun bəyə onu çox sevdiyimi de və mənim üçün “Bəlalım” mahnısını oxusun”, – deyən Natelanın arzusu Kırmızıgülü təsirləndirib.
Sənətçi Natelanın bacısını səhnəyə dəvət edərək, onunla birlikdə “Bəlalım” mahnısını ifa edib. Zalda duyğusal anlar yaşanıb və tamaşaçılar bu jesti alqışlarla qarşılayıblar.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 01 Noyabr 2025 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















