Maka Boçorişvili: Makkeyn İnstitutu Gürcüstanın maraqlarına zidd fəaliyyət göstərir AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Tbilisi, 8 yanvar, AZƏRTAC
“Makkeyn İnstitutunun Gürcüstanda fəaliyyətini, Gürcüstanın maraqlarına qarşı nələr etdiyini görmüşük. Bu institutun müxalifət və qondarma qurumların nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları ilə yanaşı, son dövrdə Gürcüstanın maraqlarına qarşı nə qədər pis işlər gördüyünü açıq-aydın gördük”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili mətbuata açıqlamasında söyləyib.
Keçmiş prezident Salome Zurabişviliyə Makkeyn İnstitutu tərəfindən təqaüd təyin edilməsinə münasibət bildirən nazir deyib: “Biz Salome Zurabişvilinin bu proseslərdə iştirakını və rolunu da gördük. Biz onun prezident mövqeyindən Gürcüstanın maraqlarına qarşı necə istifadə etdiyini də gördük. Bəlkə də Makkeyn İnstitutunun Gürcüstana münasibətdə istədiyi də budur. Salome Zurabişvilinin təqaüdlə təltif edilməsi isə bunun mükafatıdır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 08 Yanvar 2025 07:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















