Icma.az
close
up
RU
Maka Boçorişvili: Prezident İlham Əliyev çox sadə yolla Avropa İttifaqına və Avropa Komissiyasına hər şeyi başa saldı

Maka Boçorişvili: Prezident İlham Əliyev çox sadə yolla Avropa İttifaqına və Avropa Komissiyasına hər şeyi başa saldı

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqına və Avropa Komissiyasına çox sadə yolla hər şeyi başa saldı. Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda qeyd etdi ki, Orta Dəhlizdən danışarkən, ilk növbədə, xəritəyə nəzər salmaq kifayətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Daily Chronicle” verilişində çıxışı zamanı söyləyib.

Nazir deyib: “Prezident İlham Əliyev Avropa İttifaqı və Avropa Komissiyası rəhbərlərinin diqqətinə çatdırdı ki, dəhlizdən danışarkən, ilk növbədə bu dəhlizin hara getdiyini görmək üçün xəritəyə baxmaq lazımdır. Əgər xəritəyə baxıb oradakı ölkələri görürsənsə, təbii ki, həmin ölkələri qeyd etmədən və bu dəhlizdən danışdığın dövlətlərlə münasibətlərə baxmadan dəhlizdən danışmaq mümkün deyil. Təbii ki, Azərbaycan Prezidentinin yanaşması çox düzgün yanaşmadır”.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Gürcüstan da Azərbaycan kimi bu dəhlizdə mühüm rol oynayan iki mühüm ölkədən biridir. Bunun özü Avropa İttifaqı üçün çox vacib, zəruri mövzudur. Bu gün Avropanın müxtəlif istiqamətlərdə ehtiyac duyduğu Asiya və Avropanın bağlantısına töhfə verməli olan layihələri düzgün həyata keçirmək üçün Brüsselin bu məsələyə ciddi yanaşması və manipulyasiya yanaşmalarından istifadə etməməsi də vacibdir.

“Gürcüstan öz rolunu oynamağa hazırdır. Burada hamı başa düşür ki, bu funksiyanı Gürcüstansız yerinə yetirmək və bu məqsədə nail olmaq mümkün deyil”, - deyə Maka Boçorişvili qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:62
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Aprel 2025 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see216

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see197

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see196

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see125

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri