Icma.az
close
up
RU
Makaronun COP29u baykot çağırışları bəzi məsələlərdə Fransanın əleyhinə işlədi DEPUTAT

Makaronun COP29u baykot çağırışları bəzi məsələlərdə Fransanın əleyhinə işlədi DEPUTAT

Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Makaronun COP29-u baykot çağırışları bəzi məsələlərdə Fransanın əleyhinə işlədi" - DEPUTAT

"Bu gün qətiyyətlə demək olar ki, Azərbaycan COP29 sammitinin uğurla başa çatması üçün üzərinə düşən bütün vəzifələri icra etdi".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, Fransanın, COP29-u baykot çağırışları, Azərbaycan əleyhinə apardığı kütləvi qarayaxma kampaniyası öz bəhrəsini vermədi:

"Əksinə, bəzi məsələlərdə Fransanın əleyhinə işlədi. Prezident İlham Əliyevin, dünyanın gözü qarşısında Fransanın neokolonial siyasətini ifşa etməsi, dənizaşırı adaların nümayəndələrinin irqi-ayrı seçkiliyə məruz qalmalarını, haqqını tələb edən yüzlərlə insanın qətlə yetirilməsini, həbsxanalara atılmasını faktlarla səsləndirməsi, Makronun əsil simasını göstərmiş oldu. Cənab Prezidentin çıxışından dərhal sonra, Fransanı Bakıda təmsil etməli olan ekologiya nazirinin səfərdən imtina etməsi, fransız siyasətçilərinin heysiyyatına vurulmuş zərbə idi. Təbii ki, biz Azərbaycan olaraq, münasibətlərdə gərginliyin olmasında maraqlı deyilik. Qarşıdurmanın səbəbkarı və təşəbbüskarı prezident Makrondur. Məhz, onun yanlış siyasəti, şəxsi hikkəsi ikitərəfli əməkdaşlığı bu həddə çatdırdı".

Deputat vurğulayıb ki, Vətən müharibəsindən sonra, ermənidən daha çox, qəti ermənipərəst mövqeyi, Azərbaycan kimi iqtisadi müttəfiqinin itirilməsi ilə nəticələndi:

"Ermənistanın silahlanlandırılması isə, bölgənin gələcəyinə basdırılmış minadır. Məhz, Makronun müdaxiləsindən sonra Ermənistanla sülh danışıqları pozuldu. Makron olmasaydı, Ermənistan Azərbaycanın şərtlərini qəbul edəcəkdi. Fransanın nəyin bahasına olursa, olsun Cənubi Qafqaza girmək cəhdi, regionu yenidən təhlükə altına atır. Erməni xalqı bilməlidir ki, Makronun başladığı oyunlar, son dərəcə təhlükəlidir və hər şeydən əvvəl ermənilər zərər görəcəklər. 100 il bundan əvvəl olduğu kimi.

Fransanın Azərbaycandakı səfiri Xarici işlər nazirliyinə çağırıldı və ölkəsinin destruktiv siyasətinin yol verilməzliyi, problemlərin həllinə xidmət etmədiyi səfirin diqqətinə çatdırıldı. Bu xəbərdarlıqdır və preventiv xarakter daşıyır. Fransa tərəfi düzgün nəticə çıxarmasa, gərginliyin artacağı şübhəsizdir. Onsuz da, dünya çalxalanır. Rusiya-Ukrayna, Yaxın Şərq müharibələri və s. yeni dünya müharibəsinin qapıda olduğunu göstərir. Biz dövlət, xalq olaraq buna hazır olmalıyıq".


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 22 Noyabr 2024 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri