“Makkabi” azarkeşləri Niderlandda hücuma məruz qaldı Yeni Sabah
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində keçirilən "Ayaks"la oyundan sonra Amsterdamda İsrailin "Makkabi" futbol klubunun azarkeşləri hücuma məruz qalıblar.
Yenisabah.az “The Jerusalem Post”a istinadla xəbər verir ki, 10 nəfər yaralanıb, daha 3 nəfər itkin düşüb. Hücumlarda əli olmaqda şübhəli bilinən 57 nəfər saxlanılıb.
Hücum edənlər maska taxıb və Fələstin tərəfdarı şüarlar səsləndiriblər. Mütəşəkkil qruplar şəhərin müxtəlif yerlərində hücumlar həyata keçirib. Yüzlərlə insan hava limanına çatmaq üçün otel otaqlarını tərk etməkdə çətinlik çəkib.
İsrailin baş naziri Benyamin Netanyahu israilliləri təxliyə etmək üçün Amsterdama təyyarələr göndərmək qərarına gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 Noyabr 2024 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















