Makqreqor Mahaçevi hədəfə aldı: “Bu döyüşə hazıram”
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İslam Mahaçevlə döyüşməyə hazır olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, irlandiyalı döyüşçü bu barədə jurnalist Ariel Helvaniyə müsahibəsində danışıb.
Makqreqor əvvəlcə yüngül çəkidə yeni çempion Castin Geyci ilə qarşılaşmaq istədiyini bildirib:
“Geyci yaxşı formada olanda güclü döyüşçüdür. Pis formada olanda isə dəhşətli görünür. Mən Geyci ilə döyüşmək istəyirəm”.
37 yaşlı idmançı daha sonra yarımorta çəkidə UFC çempionu İslam Mahaçevlə mümkün qarşılaşmaya da münasibət bildirib:
“İslamla bağlı keçmişdən gələn bir tarixçənin olduğunu bilirəm. Bu döyüşə açığam”.
Qeyd edək ki, Geyci Ağ Evdə keçirilən “UFC Freedom 250” turnirinin əsas döyüşündə İliya Topurianı məğlub edərək yüngül çəkidə çempionluq kəmərini qazanıb.
Makqreqor isə beşillik fasilədən sonra oktaqona qayıtmağa hazırlaşır. O, 11 iyulda Las-Veqasda təşkil olunacaq UFC 329 turnirində Maks Holloueylə revanş döyüşünə çıxacaq. Tərəflərin ilk qarşılaşmasında Makqreqor hakimlərin yekdil qərarı ilə qalib gəlib.
İslam Mahaçevin növbəti döyüşünün tarixi və rəqibi hələ rəsmən açıqlanmayıb. Yarımorta çəki reytinqində birinci olan İen Maçado Qerri rusiyalı çempionun mümkün rəqiblərindən biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 17 İyun 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















