Icma.az
close
up
RU
Makqreqor uduzdu, amma milyonlar qazandı

Makqreqor uduzdu, amma milyonlar qazandı

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyulun 11-dən 12-nə keçən gecə Las-Veqasda təşkil olunan UFC 329 turnirinin ən önəmli döyüşündə Konor Makqreqorla Maks Hollouey qarşılaşdı.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı irlandiyalı döyüş başlayan kimi dəlicəsinə amerikalı rəqibin üzərinə şığıdı. Konor tullanaraq ayağı ilə Maksa zərbə vurmağa çalışsa da, yerə düşərkən ayağını zədələdi. Ardından bir neçə zərbəni buraxan Makqreqor oktaqona yıxıldı. Nəticədə hakimlər cəmi 69 saniyə çəkən döyüşü dayandırdı. Makqreqora texniki nokautla uduzdu.
Hollouey bu döyüşdə qalib gəlməklə həm də 13 il əvvəlki qarşılaşmanın qisasını aldı. Xatırladaq ki, 2013-ün avqustunda Makqreqor hakimlərin yekdil qərarı ilə qalib elan olunmuşdu. Beləliklə, Konor 5 ildən sonra oktaqona qayıtdı və yenə məğlubiyyətlə barışdı. O, sonuncu dəfə 2021-ci ilin iyulunda Dastin Poryeyə uduzmuşdu. Elə həmin ilin yanvarında da Porye ilə bacarmamışdı. Ardıcıl 3-cü dəfə uduzan Konor peşəkar rinqdə keçirdiyi 29 döyüşün 7-də məğlub olub, 22-də qalib gəlib.
UFC prezidenti Dana Uayt Konorun zədəsi haqda danışıb: “Ən azı birinci raundda müharibə gözləyirdim. Güman edirik ki, Konorun ön xaçvari bağları qırılıb. Həkimlər də belə düşünür”.
Makqreqor özü də başına gələn hadisədən danışıb: “Döyüşdən əvvəl heç bir zədəm yox idi. Bütün toplanış boyunca çox sakit şəkildə ayağımla zərbə vurur, tullanırdım. Bu hadisə gözlənilmədən baş verdi. İndi qeyri-adi dərəcədə ağır vəziyyətdəyəm. Durumumu təsvir etmək üçün işlədə biləcəyim yeganə söz “cəhənnəm”di. Bu döyüşə o qədər yaxşı hazırlaşmışdım ki, başverənlərə inana bilmirəm. Oktaqona zədəli halda çıxdığım haqda deyilənlər tam boşboğazlıqdı. Sakit, hazır idim, özümə inanırdım. Başverənlərə görə şokdayam. Sanki şeytan birbaşa üzümə baxıt. Ancaq mən heç nəyə fikir vermirəm. Sabah kilsəyə gedəcəm. Bu maneəni də arxada qoyacam, məni dayandırmaq mümkün deyil, qayıdacam”.
Konorun cəmi 69 saniyə davam edən döyüşə görə nə qədər pul qazanması da hamını maraqlandırır. İnsayder Ariel Helvaninin yaydığı xəbərə görə, o, baza qonorarı kimi 15,04 milyon dollar alacaq. Sırf döyüşün özünə görə isə 5,08 milyon dollar ödəniş nəzərdə tutulur. Bir sözlə, cəmi bir dəqiqə oktaqonda atlanıb-düşən Konor 20 milyon dollar qazandı. Əcəb biznesdi!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 İyul 2026 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri