Makron: ABŞ Ukrayna ilə davam etməyəcəksə, biz hazır olmalıyıq
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransa prezidenti Emmanuel Makron axşam saatlarında fransız xalqına müraciət edib.
Turkustan.az xəbər verir ki, çıxışının əsas hissəsini Ukrayna müharibəsinə həsr edən Makron ABŞ-ın Ukrayna ilə davam etmədiyi təqdirdə hazır olmalı olduqlarını bildirib.
Makron Rusiyanın Avropa sərhədlərinə hörmət etmədiyini bildirsə də, Avropaya sülhün ancaq sülhsevər Rusiya ilə gələ biləcəyini vurğulayıb.
O. “Ukrayna, Fransa və Avropanın təhlükəsizliyi üçün qərar nöqtəsindəyik”-deyə, bildirib.
Makron da Ukrayna prezidenti Vladimir Zelenski kimi Rusiya ilə tarixi təcrübəyə istinad edib. Ukraynada daha əvvəl də atəşkəs əldə edildiyini bildirən Makron Rusiyanın bu atəşkəsi pozduğunu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az

