Icma.az
close
up
RU
Makron Afrikadan əliboş qayıtdı

Makron Afrikadan əliboş qayıtdı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fransa prezidenti Emmanuel Makron hakimiyyətə gəldiyi gündən apardığı uğursuz daxili və xarici siyasətin acı bəhrələrini dadmaqdadır. Xüsusən xarici siyasət sahəsində ölkənin uğursuzluqları kifayət qədərdir. Bunu Makronun Afrika ölkələri ilə bağlı siyasətində daha bariz şəkildə görmək mümkündür. Bu sahədə problemlər bir neçə ildir ki, davam edir.

Ötən ay isə Fransanın Afrikadakı keçmiş müstəmləkələri ilə münasibətləri üçün daha təlatümlü olub. Onun qitədəki təsiri son onilliklər ərzində ən böyük problemlə üzləşməkdədir. Fransanın Afrikadakı ən sabit və sadiq tərəfdaşı hesab edilən Çad hökuməti ölkənin müstəqillik günündə Parislə müdafiə sahəsində əməkdaşlığı dayandırdığını elan edib. Çad Fransaya əməkdaşlığa görə minnətdarlığını bildirib, tərəfdaşlığın yeni formalarının axtarışında konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu qeyd edib.

Bir neçə saat sonra isə Seneqalın yeni prezidenti Bassiru Diomaiye Fay “Le Monde” nəşrinə verdiyi müsahibədə tezliklə Seneqal torpaqlarında heç bir fransız əsgərinin qalmayacağının “açıq-aşkar” olduğunu söyləyib.

Beləliklə, Makron fransız qoşunlarının Afrikada daimi mövcudluğunu kəskin şəkildə azaltmaq barədə yeni hərbi strategiya hazırlayarkən ona bu qitədən bir-birinin ardınca yeni-yeni zərbələr gəlməkdədir. Budur, Çad hakimiyyəti Fransaya qoşunlarını çıxarması üçün az vaxt verib: yanvarın 31-dək. Bu tələb isə Fransa hökumətini çətin vəziyyət qarşısında qoyub. Hökumətə yaxın mənbələrin məlumatına görə, Paris belə bir son tarixlə razılaşa bilmir, qoşunların martdan əvvəl çıxarılmasını mümkün hesab etmir. Artıq fransız hərbi mənbələri 7 həftə ərzində 1000 əsgər və çoxlu texnikanın geri çəkilməsinin mümkünsüz olduğunu bildiriblər. Onların sözlərinə görə, verilmiş müddətin azlığı “Çad hökumətinin sərt təzyiq taktikası” ilə izah edilməlidir.

Çaddakı bir mənbə isə bildirib ki, ölkə üçün ideal vəziyyət fransızların fevralın sonu və müqəddəs Ramazan ayının başlanmasından əvvəl getməsi olardı. Bununla yanaşı, hər iki ölkənin paytaxtı danışıqların “konstruktiv şəkildə” davam etdiyini vurğulayıb.

Qeyd edək ki, Çadın ötən həftə açıqladığı tələbdən sonra Fransa qırıcıları bu ölkəni tərk etməyə başlayıb. Artıq iki “Mirage 2000D” təyyarəsi ölkədən çıxarılıb.

Maraqlıdır, bu uğursuzluqlar fonunda Makron özünü nə qədər sakit aparmağa çalışsa da, Avropada bu hadisələrdən bərk narahatlıq keçirənlər var. Məsələn, Avropa Parlamentinin deputatı Tyeri Mariani Çad və Seneqalla əlaqələrin kəsilməsini Fransa üçün fəlakət adlandırıb. O deyib: “Fransız qoşunlarının öz ərazilərindən çıxarılmasını istəyən Çad və Seneqalla əlaqələrin kəsilməsi Fransa üçün fəlakət oldu. Respublikanın Afrikadakı təsirinin itirilməsinin günahkarı prezident Emmanuel Makrondur”.

Mariani RİA “Novosti”yə açıqlamasında bildirib: “Çadda baş verənlər faciəvidir, Seneqalla münasibət də eyni şəkildə sona çatdı. Bu, bizim xarici siyasətimiz üçün fəlakətdir və bu, Makronun günahıdır”. AP deputatının sözlərinə görə, Makron “Afrika liderlərinə sonsuz nifrətini nümayiş etdirdi. Fransızlara qarşı da eyni nifrətini göstərdi. Səfərlər zamanı Afrika liderlərinə açıq şəkildə əxlaq mühazirələri oxuduqda siz ancaq belə bir münasibət qura bilərdiniz”.

Deputat Mariani xatırladıb ki, Fransa prezidentləri Şarl de Qoll, Jorj Pompidu və Jak Şirakın Afrika regionunda apardıqları xarici siyasətin nəticələrindən heç nə qalmayıb: “Münasibətlərimizi davam etdirə biləcəyimiz cəmi bir-iki dövlət qalıb”.

Hazırda Niger, Burkino Faso, Mali və digər ölkələr Fransa qoşunlarından tamamilə imtina ediblər. Mərkəzi Afrikanın mineral və digər təbii ehtiyatlarla zəngin ölkəsi olan Qabon, Kot-d'İvuar və Cibutidə də Fransa əleyhinə əhval-ruhiyyə güclənir. Noyabr ayında Makronun Afrika üzrə şəxsi nümayəndəsi Jean-Marie Bockel ona Fransanın qitədəki hərbi mövcudluğunun təkamülü ilə bağlı hesabat təqdim edib. Bunun təfərrüatları açıqlanmasa da, bir çox Paris rəsmisi Makronun yaxın günlərdə səfər edə biləcəyi Cibuti istisna olmaqla, Fransanın Afrikadakı bütün bazalarında dərin hərbi ixtisarlar planlaşdırdığını bildirib. Bu ilin əvvəlində Fransa ordusu ABŞ-nin AFRICOM-a bənzər Afrika komandanlığı yaratmışdı. Lakin bu da vəziyyəti xilas edə bilməyib və proses Rusiyanın Afrikada artan iştirakı ilə müşayiət olunub.

Bütün bunlar sübut edir ki, Fransanın müstəmləkə siyasəti tamamilə iflasa uğramaqdadır. Çadın tələbi isə Parisin Afrikada hərbi üstünlüyünün tabutuna vurulan son mismar kimi qiymətləndirilir.

Məhz bu təlatümlər fonunda Emmanuel Makron 1944-cü ildə Fransa ordusu tərəfindən 400-ə yaxın Qərbi Afrika əsgərinin öldürüldüyünü ilk dəfə rəsmən etiraf edib. Bu, fransız əsgərlərinin Afrika ölkələrində törətdikləri vəhşiliklərin cüzi bir qisminin etirafıdır.

İndi müstəmləkə boyunduruğundan xilas olan Afrika ölkələri Rusiya, Çin, Türkiyə və digər ölkələrlə bərabərhüquqlu əməkdaşlıq variantlarını müzakirə edirlər. Bu gün müstəqil olmaq, qarşılıqlı faydalı əməkdaşlıq qurmaq bu ölkələrin liderləri üçün prioritet təşkil edir.

Paşa ƏMİRCANOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri