Makron: Avropa yeni dövrə qədəm qoyur, hərbi səylər gücləndirilməlidir
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Fransa prezidenti Emmanuel Makron deyib ki, avropalılar Ukrayna və Rusiya arasında davam edən müharibəyə cavab olaraq “hərbi səylərini artırmalıdırlar”.
"European Pravda" xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə internet istifadəçiləri ilə ünsiyyətdə olarkən bildirib.
Avropanın “yeni dövrə qədəm qoyduğunu” vurğulayan Makron əlavə edib ki, ABŞ-ın Rusiya ilə razılaşma cəhdləri fonunda risklər var.
"Biz avropalılar hərbi səylərimizi artırmalıyıq. Biz fransızların Avropada ən effektiv güclü ordusu var - biz müdafiəmizi və təhlükəsizliyimizi gücləndirməli olacağıq", - prezident qeyd edib.
Avropanın müdafiə sahəsində əməkdaşlığı ilə bağlı sualı cavablandıran Makron “vahid orduya sahib olmağın çox çətin olacağını” deyib, lakin “Avropa təhlükəsizlik və müdafiə sütununu” və Avropa üçün “ortaq imkanları” gücləndirmək istədiyini vurğulayıb.
Bunun üçün o, müdafiə sektorunda "yaxın həftələrdə daha çox almaq və istehsal etmək üçün böyük Avropa birgə maliyyələşdirməsini" təklif etmək istədiyini söyləyib.
Bununla belə, o xəbərdarlıq edib ki, əgər ABŞ-dan alış-veriş edilsə, “biz muxtariyyətimizi artırmayacağıq”.
Xatırladaq ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin fikrincə, ABŞ-ın rezonans doğuran bəyanatlarından sonra Avropa ayılmalı və öz müdafiə siyasətini qurmalıdır.
NATO-nun baş katibi Mark Rutte də bildirib ki, bütün Alyans dövlətləri müdafiə xərcləri üçün ÜDM-in 2%-i hədəfinə nail olmalıdırlar.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 21 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















