Icma.az
close
up
RU
Makron dalana dirənib, istefa verə bilər

Makron dalana dirənib, istefa verə bilər

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransa Prezidenti Emmanuel Makron ölkənin son onilliklərdə yaşadığı ən dərin siyasi böhranla üz-üzədir.

Baş nazir Fransua Bayrunun istefası və parlamentin hökuməti büdcə kəsiri ilə bağlı siyasətinə görə dağıtması Makronun əlini daha da zəiflədib.

Modern.az-ın məlumatına görə, o, son iki ildə dördüncü dəfə baş nazir təyin edəcək.

Fransa konstitusiyası 1958-ci ildə sabit idarəçilik üçün güclü prezident sistemi üzərində qurulsa da, hazırda Makron parçalanmış parlament fonunda faktiki olaraq manevr imkanlarını itirib. Nə mərkəzçi qüvvələr balansı qoruyur, nə də geniş koalisiya qurmaq ənənəsi var.

Ekspertlərə görə, Makronun qarşısında bir neçə çıxış yolu var, amma onların heç biri asan deyil. Müdafiə naziri Sebastyan Lekornu kimi hökumət daxilindən yeni baş nazir təyin etmək ictimai narazılığı daha da artıra bilər. Sosialistlərlə əməkdaşlıq isə Makronun iqtisadi irsini sual altına qoyacaq, çünki onlar zənginlərin daha çox vergiyə cəlb edilməsi və pensiya yaşının azaldılması kimi siyasətləri müdafiə edirlər.

Digər ehtimal növbədənkənar seçkilərdir ki, bu, Makron üçün ən riskli variantdır. Sorğular göstərir ki, Marine Le Penin Milli Birlik Partiyası daha da güclənəcək, Makronun partiyası isə daha çox mandat itirəcək. Le Pen hətta parlamentin tez bir zamanda buraxılmasına çağırış edərək siyasi “fədakarlığa” hazır olduğunu bildirib.

Fransada bəzi dairələr “Altıncı Respublika”ya keçid və konstitusion islahat tələb edir. Lakin bu dəyişikliklərin idarəçiliyi daha sabit edəcəyi sual altındadır. Makronun istefasını məcburi edən hüquqi mexanizm yoxdur, amma artan narazılıq fonunda küçə etirazlarının güclənməsi istisna edilmir.

Makron son çıxışlarında referendum ideyasını gündəmə gətirib. Analitiklər isə xəbərdarlıq edirlər: belə bir addım 1969-cu ildə Şarl de Qollun taleyini təkrarlaya bilər, o, referendumda məğlub oldu və ertəsi gün istefa verdi.

Elnur Əmirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see452

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see422

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see327

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see325

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see278

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see254

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see250

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see243

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see225

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see223

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see216

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see214

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see211

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see208

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see198

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see187

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see187

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see174

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri